Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ raketlərinin Almaniyada yerləşdirilməsinə hərbi cavab hazırlayacaq - Ryabkov

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRyabkov
Ryabkov - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Abunə olmaq
Ryabkov bildirib ki, uzaqmənzilli raketlərin yerləşdirilməsi barədə qərar "sadəcə eskalasiya kursunun həlqəsidir, bu gün NATO və ABŞ-ın Rusiya istiqamətində xəttinin əsas komponenti olan hədə-qorxu elementlərindən biridir.
BAKI, 11 iyul — Sputnik. Almaniyada ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirilməsi ilə bağlı qərar Rusiyanın təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, 2026-cı ildə ABŞ Almaniyada artıq Avropada olan silahları əhəmiyyətli dərəcədə üstələyən uzunmənzilli zərbə sistemləri yerləşdirməyə başlayacaq.

"NATO, ABŞ və Almaniyanın bu halda sazişin iki tərəfi kimi nəyə ümid etdiyi və onu həyata keçirmək niyyətində olduğuna inanmaq mənim üçün çətindir", - Ryabkov deyib.

"Bu hərəkətlər, nəticədə gələcəkdə silahlara nəzarət üzrə bəzi danışıqların şansının artırmasından və ya tamamilə boşa çıxaracağından asılı olmayaraq, ilk növbədə, ölkəmizin təhlükəsizliyinə zərər vurmağa yönəlib", - nazir müavini qeyd edib.
Ryabkov bildirib ki, uzaqmənzilli raketlərin yerləşdirilməsi barədə qərar "sadəcə eskalasiya kursunun həlqəsidir, bu gün NATO və ABŞ-ın Rusiya istiqamətində xəttinin əsas komponenti olan hədə-qorxu elementlərindən biridir.
Onun sözlərinə görə, Rusiya ABŞ-ın Almaniyada uzaqmənzilli raketlər yerləşdirmək planlarına sakit şəkildə, əsəb və emosiya olmadan hərbi cavab verəcək.

"Reaksiyamızın xarakteri sakit, peşəkar şəkildə müəyyən olunacaq, şübhəsiz ki, hərbçilər bu mesajı nəzərə alıblar", - Ryabkov bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0