Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Sankt-Peterburqda keçiriləcək X BRİKS Parlament Forumunda iştirak edəcək

© Sputnik / Сергей Савостьянов / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Abunə olmaq
Rusiya lideri əvvəllər bərabərlik və qarşılıqlı maraqların nəzərə alınması əsasında yeni dünya düzəninin formalaşmasında BRİKS və ŞƏT-in rolunu dəfələrlə vurğulayıb.
BAKI, 11 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçiriləcək yubiley X BRİKS Parlament Forumunda iştirak edəcək. Tavriçesk sarayında keçiriləcək tədbirə 16 ölkədən 400-ə yaxın iştirakçı, o cümlədən MDB Parlamentlərarası Assambleyasının nümayəndələri dəvət olunub.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin forumunun iştirakçıları qarşısında çıxış etməsi faktı bu tədbirin əhəmiyyətini vurğulayır.
Putin əvvəllər bərabərlik və qarşılıqlı maraqların nəzərə alınması əsasında yeni dünya düzəninin formalaşmasında BRİKS və ŞƏT-in rolunu dəfələrlə vurğulayıb. Xüsusilə, o qeyd edib ki, məhz bu birliklər qlobal inkişaf prosesləri və əsl çoxqütblülüyün bərqərar olması üçün güclü lokomotiv rolunu oynayır.
© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçid Valentina Matviyenko
Председатель Совета Федерации РФ Валентина Матвиенко - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Valentina Matviyenko
Rusiya tərəfdən Federasiya Şurasının və Dövlət Dumasının sədrləri Valentina Matvienko və Vyaçeslav Volodin, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev, beynəlxalq komitənin rəhbəri Qriqori Karasin, onun birinci müavinləri Andrey Denisov, Vladimir Cabarov, digər senatorlar və deputatlar iştirak edəcəklər. Forumun tədbirlərində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov və Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun da iştirakı planlaşdırılır.
Forumun əcnəbi iştirakçıları Braziliya, Misir, Hindistan, İran, Çin, BƏƏ, Efiopiya, Cənubi Afrika Respublikası, eləcə də MDB Parlamentlərarası Assambleyasına üzv olan dövlətlər - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan parlamentariləridir.
Matvienko qeyd edib ki, MDB ölkələrindən parlamentarilərin foruma qonaq qismində dəvət olunması təklifi Rusiya tərəfindən irəli sürülüb və BRİKS ölkələrinin parlamentləri tərəfindən razılaşdırılıb. Onun sözlərinə görə, bu, parlamentlərarası strukturlar arasında təcrübə mübadiləsi, qanunvericiliyin yaxınlaşması imkanlarının müzakirəsi və yeni çağırışlara cavabların işlənib hazırlanması da daxil olmaqla faydalı olacaq. Eyni zamanda, Federasiya Şurasının sədri gələcəkdə MDB ölkələrinin BRİKS-ə üzv ola biləcəyini istisna etməyib.
Builki forumun əsas mövzusu "Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsində parlamentlərin rolu", plenar iclasın mövzusu isə "BRİKS-in parlament miqyası: Parlamentlərarası əməkdaşlığın gücləndirilməsi perspektivləri"dir.
Matvienkonun sözlərinə görə, forumun mövzusu qısa şəkildə əsas müasir çağırışları əks etdirir və Rusiyanın BRİKS-də sədrliyinin şüarına tam uyğun gəlir.

"Biz ədalətli və təhlükəsiz inkişafın tərəfdarıyıq", - Matviyenko deyib.

Müzakirə üçün mövzulara siyasət, təhlükəsizlik, iqtisadiyyat, maliyyə və humanitar əlaqələr daxil olmaqla geniş spektrli aktual məsələlər daxildir. Bütün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən plenar iclas beynəlxalq münasibətlər sisteminin səmərəliliyinin artırılmasında və onun demokratikləşməsinin təmin edilməsində parlamentlərin roluna həsr olunub
Parlament Forumu çərçivəsində Anlaşma Memorandumuna Protokolun imzalanması, o cümlədən, yekun olaraq Birgə Bəyannamənin qəbulu planlaşdırılır.
Forumda çoxtərəfli ticarət sisteminin parçalanmasına qarşı mübarizədə və qlobal böhranların nəticələri ilə bağlı təhlükələrin aradan qaldırılmasında parlamentlərin rolu, humanitar və mədəni sahələrdə parlamentlərarası əməkdaşlığa dair müzakirələr aparılacaq. Bundan əlavə, iyulun 12-də MDB DPA Şurasının iclası keçiriləcək.
Rusiya bu il yanvarın 1-dən BRİKS-ə sədrliyə başlayıb. İl təşkilata yeni üzvlərin qoşulması ilə başlayıb. Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, indi onun tərkibinə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0