https://sputnik.az/20240710/rusiya-kxdr-e-qarsi-sanksiyalarin-icrasi-ile-bagli-hesabat-vermeye-davam-edecek-465929633.html
Rusiya KXDR-ə qarşı sanksiyaların icrası ilə bağlı hesabat verməyə davam edəcək
Rusiya KXDR-ə qarşı sanksiyaların icrası ilə bağlı hesabat verməyə davam edəcək
Sputnik Azərbaycan
Rusiya Federasiyası daha əvvəl BMT Təhlükəsizlik Şurasında Təhlükəsizlik Şurasının KXDR üzrə Sanksiya Komitəsinin ekspertlərinin mandatını bir il uzadacaq ABŞ... 10.07.2024, Sputnik Azərbaycan
2024-07-10T13:55+0400
2024-07-10T13:55+0400
2024-07-10T14:48+0400
kxdr
rusiya
sanksiya
bmt təhlükəsizlik şurası
bmt tş
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465475441_0:142:3138:1907_1920x0_80_0_0_5ab71a9de9eb91984dcba854afbf53df.jpg
BAKI, 10 iyul — Sputnik. Rusiya BMT-nin 1718 saylı qətnaməsi ilə yaradılmış Sanksiyalar Komitəsinə Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların icrasına dair hesabatlar təqdim etməyə davam edəcək. Bunu Rusiya XİN-in beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev RİA Novosti-yə müsahibəsində bildirib. "Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan bu qurumun işinə çox ciddi yanaşır. Bizim qiymətləndirmələrimizə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının Koreya istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun gələn işləri davam etdirəcəyik, ancaq hamı bu məntiqi rəhbər tutmur", - İliçev deyib. Rusiya Federasiyası daha əvvəl BMT Təhlükəsizlik Şurasında Təhlükəsizlik Şurasının KXDR üzrə Sanksiya Komitəsinin ekspertlərinin mandatını bir il uzadacaq ABŞ qətnamə layihəsinə veto qoyub. Ekspertlərin əsas missiyası Pxenyana qarşı sanksiyaların icrasına nəzarətdə komitəyə yardım etmək olub. Ekspert qrupunun mandatı bu il aprelin 30-da başa çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465475441_204:0:2935:2048_1920x0_80_0_0_1b1912da7611707e62079e7dd15bd9df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kxdr, sanksiya, bmt təhlükəsizlik şurası, bmt tş
kxdr, sanksiya, bmt təhlükəsizlik şurası, bmt tş
Rusiya KXDR-ə qarşı sanksiyaların icrası ilə bağlı hesabat verməyə davam edəcək
13:55 10.07.2024 (Yenilənib: 14:48 10.07.2024) Rusiya Federasiyası daha əvvəl BMT Təhlükəsizlik Şurasında Təhlükəsizlik Şurasının KXDR üzrə Sanksiya Komitəsinin ekspertlərinin mandatını bir il uzadacaq ABŞ qətnamə layihəsinə veto qoyub.
BAKI, 10 iyul — Sputnik. Rusiya BMT-nin 1718 saylı qətnaməsi ilə yaradılmış Sanksiyalar Komitəsinə Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların icrasına dair hesabatlar təqdim etməyə davam edəcək. Bunu Rusiya XİN-in beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev RİA Novosti-yə müsahibəsində bildirib.
"Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan bu qurumun işinə çox ciddi yanaşır. Bizim qiymətləndirmələrimizə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının Koreya istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun gələn işləri davam etdirəcəyik, ancaq hamı bu məntiqi rəhbər tutmur", - İliçev deyib.
Rusiya Federasiyası daha əvvəl BMT Təhlükəsizlik Şurasında Təhlükəsizlik Şurasının KXDR üzrə Sanksiya Komitəsinin ekspertlərinin mandatını bir il uzadacaq ABŞ qətnamə layihəsinə veto qoyub. Ekspertlərin əsas missiyası Pxenyana qarşı sanksiyaların icrasına nəzarətdə komitəyə yardım etmək olub. Ekspert qrupunun mandatı bu il aprelin 30-da başa çatıb.