Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyev rejiminin hazırkı nümayəndələri Qərbə qaçmağa məcbur olacaqlar - Medvedev

© AP Photo / EFREM LUKATSKYKiyev
Kiyev  - Sputnik Azərbaycan, 1920, 10.07.2024
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, üçüncü qanlı Maydan Ukraynada hakimiyyətin daha radikal nümayəndələrə keçməsinə gətirib çıxara bilər.
BAKI, 10 iyul — Sputnik. Ukraynada yeni "qanlı Maydan" və ölkədə hakimiyyət dəyişikliyi halında Qərb hazırkı Ukrayna hakimiyyətini müharibədə məğlubiyyətini etiraf etməyə məcbur edə bilər. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev Telegram kanalında qeyd edib ki, üçüncü qanlı Maydan Ukraynada hakimiyyətin daha radikal nümayəndələrə keçməsinə gətirib çıxara bilər.
"Qərb Alyansı üçün aşkar ekstremistlərə kömək etmək daha çətin olacaq. Bundan əlavə, onlar müharibənin nəticələrinə görə, vergi ödəyicilərinin yüz milyardlarla pulunun boşa getdiyini açıq şəkildə etiraf etməli olacaqlar ", - Medvedev yazıb.
Təhlükəsizlik Şurası sədrinin müavini əlavə edib ki, o zaman Kiyev rejiminin hazırkı nümayəndələri izdiham tərəfindən parçalanmamaq üçün Qərbə qaçmağa məcbur olacaqlar.
Xəbər lenti
0