https://sputnik.az/20240710/ki-icra-bascisina-ciddi-xeberdarliq-edilib-465929365.html
İki icra başçısına ciddi xəbərdarlıq edilib
İki icra başçısına ciddi xəbərdarlıq edilib
Sputnik Azərbaycan
Sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar... 10.07.2024, Sputnik Azərbaycan
2024-07-10T11:37+0400
2024-07-10T11:37+0400
2024-07-10T11:51+0400
bakı şəhər icra hakimiyyəti
paytaxt xəbərləri
bakı
icra hakimiyyəti
icra hakimiyyətinin başçısı
xəbərdarlıq
xətai rayon icra hakimiyyəti
yasamal rayon icra hakimiyyəti
https://cdnn1.img.sputnik.az/img/42419/33/424193337_0:0:3073:1728_1920x0_80_0_0_ee52ba1b250312098d2d876ed7f0e0e5.jpg
BAKI, 10 iyul — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib. BŞİH-in Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Rayonlarda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Həmçinin şəhərdə aparılan yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə edilib, yaşıllıq zonalarının artırılması, görülən işlərin daha da genişləndirilməsi, əkilən həmişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42419/33/424193337_0:0:2731:2048_1920x0_80_0_0_7f3b7894a25e678830fd88c4fe365f5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı şəhər icra hakimiyyəti, bakı, icra hakimiyyəti, icra hakimiyyətinin başçısı, xəbərdarlıq, xətai rayon icra hakimiyyəti, yasamal rayon icra hakimiyyəti
bakı şəhər icra hakimiyyəti, bakı, icra hakimiyyəti, icra hakimiyyətinin başçısı, xəbərdarlıq, xətai rayon icra hakimiyyəti, yasamal rayon icra hakimiyyəti
İki icra başçısına ciddi xəbərdarlıq edilib
11:37 10.07.2024 (Yenilənib: 11:51 10.07.2024) Sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
BAKI, 10 iyul — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
BŞİH-in Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Rayonlarda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Həmçinin şəhərdə aparılan yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə edilib, yaşıllıq zonalarının artırılması, görülən işlərin daha da genişləndirilməsi, əkilən həmişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb.