https://sputnik.az/20240709/rusiya-silahli-quvveleri-herbi-hedeflere-zerbeler-endirir---kreml-465907466.html
Rusiya Silahlı Qüvvələri hərbi hədəflərə zərbələr endirir - Kreml
Rusiya Silahlı Qüvvələri hərbi hədəflərə zərbələr endirir - Kreml
Sputnik Azərbaycan
Peskov Rusiya Federasiyası Müdafiə Nazirliyinin hər hansı mülki hədəflərə hücumların olmasını tamamilə istisna edən bəyanatını rəhbər tutmağa çağırıb. 09.07.2024, Sputnik Azərbaycan
2024-07-09T14:02+0400
2024-07-09T14:02+0400
2024-07-09T16:22+0400
peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
vladimir putinin köməkçisi dmitri peskov
kreml
rusiya silahlı qüvvələri
hərbi
hərbi obyekt
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e8/05/09/464501041_0:0:3413:1921_1920x0_80_0_0_846e335474ff9ea0cad7098e1a5aa025.jpg
BAKI, 9 iyul — Sputnik. Rusiya Silahlı Qüvvələri yalnız Kiyev rejiminin hərbi potensialı ilə bağlı olan hədəflərə zərbələr endirib. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Jurnalistlər Peskova Kiyevdə uşaq xəstəxanasına hücumla bağlı sual veriblər. Peskov Rusiya Federasiyası Müdafiə Nazirliyinin hər hansı mülki hədəflərə hücumların olmasını tamamilə istisna edən bəyanatını rəhbər tutmağa çağırıb. "Biz hələ də təkid edirik, biz mülki hədəflərə zərbələr endirmirik, bu və ya digər şəkildə rejimin hərbi potensialı ilə bağlı kritik infrastruktura, hərbi hədəflərə zərbələr endirilir" - Peskov bildirib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın Ukraynadakı mülki hədəflərə qəsdən zərbə endirməsi ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil, dağıntılar Ukrayna hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində baş verib və bu, ilk dəfə deyil. Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Kiyevdən dərc olunmuş çoxsaylı foto və video görüntülər Ukraynanın hava hücumundan müdafiə raketinin şəhər daxilində zenit-raket kompleksindən buraxılması nəticəsində məhv edilməsi faktını aydın şəkildə təsdiqləyir. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib ki, Kiyevdə zədələnmiş Oxmatdıt xəstəxanası ilə bağlı Birləşmiş Ştatlarda yayılan isterika quduz anti-Rusiya təbliğatının nümunəsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/09/464501041_436:0:3167:2048_1920x0_80_0_0_6aa395ccc74f98b27fed0cb75900d950.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, vladimir putinin köməkçisi dmitri peskov, kreml, rusiya silahlı qüvvələri, hərbi, hərbi obyekt, ukrayna
peskov, vladimir putinin köməkçisi dmitri peskov, kreml, rusiya silahlı qüvvələri, hərbi, hərbi obyekt, ukrayna
Rusiya Silahlı Qüvvələri hərbi hədəflərə zərbələr endirir - Kreml
14:02 09.07.2024 (Yenilənib: 16:22 09.07.2024) Peskov Rusiya Federasiyası Müdafiə Nazirliyinin hər hansı mülki hədəflərə hücumların olmasını tamamilə istisna edən bəyanatını rəhbər tutmağa çağırıb.
BAKI, 9 iyul — Sputnik. Rusiya Silahlı Qüvvələri yalnız Kiyev rejiminin hərbi potensialı ilə bağlı olan hədəflərə zərbələr endirib. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Jurnalistlər Peskova Kiyevdə uşaq xəstəxanasına hücumla bağlı sual veriblər. Peskov Rusiya Federasiyası Müdafiə Nazirliyinin hər hansı mülki hədəflərə hücumların olmasını tamamilə istisna edən bəyanatını rəhbər tutmağa çağırıb.
"Biz hələ də təkid edirik, biz mülki hədəflərə zərbələr endirmirik, bu və ya digər şəkildə rejimin hərbi potensialı ilə bağlı kritik infrastruktura, hərbi hədəflərə zərbələr endirilir" - Peskov bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın Ukraynadakı mülki hədəflərə qəsdən zərbə endirməsi ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil, dağıntılar Ukrayna hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində baş verib və bu, ilk dəfə deyil. Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Kiyevdən dərc olunmuş çoxsaylı foto və video görüntülər Ukraynanın hava hücumundan müdafiə raketinin şəhər daxilində zenit-raket kompleksindən buraxılması nəticəsində məhv edilməsi faktını aydın şəkildə təsdiqləyir.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib ki, Kiyevdə zədələnmiş Oxmatdıt xəstəxanası ilə bağlı Birləşmiş Ştatlarda yayılan isterika quduz anti-Rusiya təbliğatının nümunəsidir.