Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İnsanlar özlərini Hindistanda inamlı hiss edirlər - Putin

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidPrezident Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb
Prezident Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 08.07.2024
Abunə olmaq
Rusiya lideri Narendra Modini yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib.
BAKI, 8 iyul - Sputnik. Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modini yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və bunu onun uzun illər fəaliyyətinin nəticəsi adlandırıb.

“Əvvəlcə, mən sizi yenidən baş nazir vəzifəsinə seçilməyiniz münasibətilə təbrik etmək istərdim. Hesab edirəm ki, bu, təsadüfi deyil, hökumətin başında uzun illər ərzində fəaliyyətinizin nəticəsidir”, - Putin Modi ilə Novo-Oqaryovo iqamətgahında qeyri-rəsmi görüşü zamanı deyib.

Rusiya lideri qeyd edib ki, Hindistan dünyada ən yüksək doğum səviyyəsinə malikdir.
“Siz yəqin ki, indi əhalinin sayına görə dünyanın ən böyük ölkəsisiniz - 1,4 milyard insan. Amma bu, ən vacibi deyil, ən önəmlisi odur ki, ildə 23 milyon doğum, hətta Hindistan kimi bir ölkə üçün hələ də çoxdur, bu, dünyada ən böyük rəqəmdir”, - Putin bildirib.
RF prezidenti qeyd edib ki, bunlar sadəcə rəqəmlər deyil.

“Bu o deməkdir ki, insanlar ailələrini, həyatlarını planlaşdırırlar, planlaşdırma üfüqləri genişlənir. Bu isə o deməkdir ki, onlar özlərini inamlı hiss edirlər, müəyyən sabitlik hiss edirlər, bu çox vacibdir”, - RF dövlət başçısı bildirib.

Öz növbəsində Modi maraqlı proqrama görə Putinə təşəkkür edib və xoş sözlərə görə minnətdarlığını bildirib.
O, Hindistanda keçirilən seçkilərin mühüm və genişmiqyaslı olduğunu da qeyd edib.

“Hindistan ən böyük demokratiyadır. O, demokratiyanın anası hesab olunur. Hindistanda bu, 65 ildə ilk dəfədir ki, ardıcıl üçüncü dəfə eyni hökumət seçilir. Hindistan xalqı vətənə xidmət etmək üçün mənə bu şansı verdi. Əminəm ki, üçüncü dönəmdə üç dəfə çox çalışacağam”, - Hindistanın baş naziri əlavə edib.

Hindistanın baş naziri bazar ertəsi Rusiyaya rəsmi səfərə gəlib və çərşənbə axşamı Rusiya-Hindistan danışıqları baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0