https://sputnik.az/20240708/cin-ukrayna-bohraninin-sulh-yolu-ile-helli-ucun-butun-seyleri-destekleyir---si-cinpin-465878557.html
Çin Ukrayna böhranının sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləyir - Si Cinpin
Çin Ukrayna böhranının sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləyir - Si Cinpin
Sputnik Azərbaycan
Ötən cümə günü Orban və onun nümayəndə heyəti Moskvaya gələrək Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. 08.07.2024, Sputnik Azərbaycan
2024-07-08T11:07+0400
2024-07-08T11:07+0400
2024-07-08T11:09+0400
si cinpin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
viktor orban
çin
macarıstan
ukrayna
moskva
kiyev
pekin
sülh
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426773011_0:0:3001:1688_1920x0_80_0_0_a9f268b375c0e4fae1455b2c1dd4c56c.jpg
BAKI, 8 iyul — Sputnik. Çin Ukrayna münaqişəsi üzrə danışıqları özünəməxsus şəkildə təşviq edir və böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri dəstəkləyir. Bunu Çin prezidenti Si Cinpin Pekində Macarıstanın baş naziri Viktor Orbanla görüşündə bildirib. Orban iyulun 8-i Pekinə sülh missiyasının davamı olaraq gəlib. Si Cinpin Çin və Macarıstanın Ukrayna böhranının həlli ilə bağlı mövqeləri və səylərinin istiqamətləri üst-üstə düşdüyünü bildirib. Ötən cümə günü Orban və onun nümayəndə heyəti Moskvaya gələrək Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. O, Moskva səfərini sülh missiyasının növbəti mərhələsi adlandırıb, onun birinci mərhələsi iyulun 2-də Kiyevə səfər olub. Macarıstanın baş naziri bildirib ki, o, tezliklə bir neçə oxşar görüşlər keçirmək niyyətindədir. Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa siyasətçilərinə Orbanın "sülh missiyası" çərçivəsində növbəti hərəkətlərindən əvvəl təhlükəsizlik kəmərlərini bağlamağı" tövsiyə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426773011_7:0:2674:2000_1920x0_80_0_0_f51af69a6c34656a41ecc82b104dc752.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
si cinpin, viktor orban, çin, macarıstan, ukrayna, moskva, kiyev, pekin, sülh
si cinpin, viktor orban, çin, macarıstan, ukrayna, moskva, kiyev, pekin, sülh
Çin Ukrayna böhranının sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləyir - Si Cinpin
11:07 08.07.2024 (Yenilənib: 11:09 08.07.2024) Ötən cümə günü Orban və onun nümayəndə heyəti Moskvaya gələrək Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib.
BAKI, 8 iyul — Sputnik. Çin Ukrayna münaqişəsi üzrə danışıqları özünəməxsus şəkildə təşviq edir və böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri dəstəkləyir. Bunu Çin prezidenti Si Cinpin Pekində Macarıstanın baş naziri Viktor Orbanla görüşündə bildirib.
Orban iyulun 8-i Pekinə sülh missiyasının davamı olaraq gəlib.
Si Cinpin Çin və Macarıstanın Ukrayna böhranının həlli ilə bağlı mövqeləri və səylərinin istiqamətləri üst-üstə düşdüyünü bildirib.
Ötən cümə günü Orban və onun nümayəndə heyəti Moskvaya gələrək Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. O, Moskva səfərini sülh missiyasının növbəti mərhələsi adlandırıb, onun birinci mərhələsi iyulun 2-də Kiyevə səfər olub.
Macarıstanın baş naziri bildirib ki, o, tezliklə bir neçə oxşar görüşlər keçirmək niyyətindədir. Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa siyasətçilərinə Orbanın "sülh missiyası" çərçivəsində növbəti hərəkətlərindən əvvəl təhlükəsizlik kəmərlərini bağlamağı" tövsiyə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.