https://sputnik.az/20240705/orban-sulh-namine-hereket-etmeliyik-465841396.html
Orban: Sülh naminə hərəkət etməliyik
Orban: Sülh naminə hərəkət etməliyik
Sputnik Azərbaycan
İyunun 2-də Orban Kiyevdə Zelenski ilə görüşdə Rusiya ilə sülh danışıqlarına hazırlaşmaq üçün Ukraynada müvəqqəti atəşkəs yaratmağı təklif edib. 05.07.2024, Sputnik Azərbaycan
2024-07-05T16:20+0400
2024-07-05T16:20+0400
2024-07-05T16:51+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya prezidenti vladimir putin
viktor orban
rusiya
macarıstan
ukrayna
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e8/07/05/465841226_0:0:3062:1722_1920x0_80_0_0_d4b2f23d03595cdfb86967eed04b4682.jpg
BAKI, 5 iyul — Sputnik. Macarıstanın baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşün mətbuata açıq hissəsindən sonra deyib ki, sülh naminə hərəkət edilməlidir. Orban iyulun 5-i Moskvaya gəlib və Putinlə görüşür. O, Moskvaya səfərini sülh missiyasının növbəti mərhələsi adlandırıb. Bundan əvvəl Macarıstanın hakim partiyası Fides-Xristian Demokratik Xalq Partiyasının kommunikasiyalar üzrə direktoru Tamaş Mençer bildirmişdi ki, Ukraynada sülhün bərqərar olması mümkündür, bu, iradə və lazımi səylərlə mümkündür, Orbanın etdiyi də budur. Orbanın Təşəbbüsü İyunun 2-də Orban Kiyevdə Zelenski ilə görüşdə Rusiya ilə sülh danışıqlarına hazırlaşmaq üçün Ukraynada müvəqqəti atəşkəs yaratmağı təklif edib. Kiyevdəki danışıqlardan sonra jurnalistlərlə görüşdə Zelenski Orbanın təklifi ilə bağlı heç nə deməsə də, Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva daha sonra bildirib ki, bu cür təşəbbüslər nizamlanmanın digər aspektlərindən təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz.Səfərin sonunda Macarıstanın baş naziri İsveçrənin həftəlik "Die Weltwoche" qəzetinə verdiyi müsahibədə Zelenskinin atəşkəs ideyasını həqiqətən bəyənmədiyini söyləyib. Eyni zamanda, Orban Zelenskinin bu barədə bəzi şübhələri olduğunu açıqlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/05/465841226_143:0:2874:2048_1920x0_80_0_0_cbe9eeb488b7866c49dac78cacdf21cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, viktor orban, rusiya, macarıstan, ukrayna, xüsusi hərbi əməliyyat
rusiya prezidenti vladimir putin, viktor orban, rusiya, macarıstan, ukrayna, xüsusi hərbi əməliyyat
Orban: Sülh naminə hərəkət etməliyik
16:20 05.07.2024 (Yenilənib: 16:51 05.07.2024) İyunun 2-də Orban Kiyevdə Zelenski ilə görüşdə Rusiya ilə sülh danışıqlarına hazırlaşmaq üçün Ukraynada müvəqqəti atəşkəs yaratmağı təklif edib.
BAKI, 5 iyul — Sputnik. Macarıstanın baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşün mətbuata açıq hissəsindən sonra deyib ki, sülh naminə hərəkət edilməlidir.
Orban iyulun 5-i Moskvaya gəlib və Putinlə görüşür. O, Moskvaya səfərini sülh missiyasının növbəti mərhələsi adlandırıb.
Bundan əvvəl Macarıstanın hakim partiyası Fides-Xristian Demokratik Xalq Partiyasının kommunikasiyalar üzrə direktoru Tamaş Mençer bildirmişdi ki, Ukraynada sülhün bərqərar olması mümkündür, bu, iradə və lazımi səylərlə mümkündür, Orbanın etdiyi də budur.
İyunun 2-də Orban Kiyevdə Zelenski ilə görüşdə Rusiya ilə sülh danışıqlarına hazırlaşmaq üçün Ukraynada müvəqqəti atəşkəs yaratmağı təklif edib.
Kiyevdəki danışıqlardan sonra jurnalistlərlə görüşdə Zelenski Orbanın təklifi ilə bağlı heç nə deməsə də, Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva daha sonra bildirib ki, bu cür təşəbbüslər nizamlanmanın digər aspektlərindən təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz.
Səfərin sonunda Macarıstanın baş naziri İsveçrənin həftəlik "Die Weltwoche" qəzetinə verdiyi müsahibədə Zelenskinin atəşkəs ideyasını həqiqətən bəyənmədiyini söyləyib. Eyni zamanda, Orban Zelenskinin bu barədə bəzi şübhələri olduğunu açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.