Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Moskva Ukrayna münaqişəsinin həlli üçün danışıqlara hazırdır - Putin

© Sputnik / Сергей Савостьянов / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, Ukrayna Londonun və Vaşinqtonun birbaşa göstərişi ilə edib, yəni buna heç bir şübhə yoxdur.
BAKI, 5 iyul — Sputnik. Moskva Ukrayna münaqişəsinin həlli üçün danışıqlara hazırdır, Kiyev isə sülh prosesindən imtina edib və bunu Qərbin istəyi ilə edib. Bunu Rusiya prezidenti Vladimir Putin Astanada ŞƏT+ formatında keçirilən görüşdə bildirib.
"Rusiya, bildiyiniz kimi, heç vaxt danışıqlardan imtina etməyib və indi də sülh danışıqlarını davam etdirməyə hazırdır", - dövlət başçısı vurğulayıb.
"Məhz Ukrayna danışıqlardan imtina etdi. Üstəlik, o, bunu açıq şəkildə, Londonun və Vaşinqtonun birbaşa göstərişi ilə edib, yəni buna heç bir şübhə yoxdur", Putin deyib.
Xüsusi hərbi əməliyyat başlandıqdan sonra Rusiya Federasiyası ilə Ukrayna arasında ilk danışıqlar 2022-ci ilin mart ayının əvvəlində Belarusda baş tutsa da, heç bir ciddi nəticə əldə edilməyib. 2022-ci il martın 29-da növbəti danışqlar mərhələsi İstanbulda baş tutub. Moskva Kiyevdən ilk dəfə olaraq kağız üzərində yazılan gələcək mümkün sazişin prinsiplərini alıb. Buraya, digər məsələlərlə yanaşı, Ukraynanın neytral, bloklara qoşulmama statusu və onun ərazisində xarici silahların, o cümlədən nüvə silahlarının yerləşdirilməsindən imtina etməsi ilə bağlı öhdəliklər də daxildir.
Lakin danışıqlar prosesi Ukrayna tərəfindən birtərəfli qaydada dayandırılıb. Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya sonradan etiraf edib ki, bu, o vaxtkı Böyük Britaniyanın baş naziri, xüsusi olaraq Kiyevə gələn Boris Consonun təklifi ilə baş verib.
Vladimir Putinin prezidentliyi dövründə Rusiya ilə danışıqlar Ukrayna hakimiyyəti tərəfindən rəsmən qadağan edilib. Bundan əlavə, Ukrayna prezidenti Vladimir Zelenski atəşkəslə bağlı hər hansı təşəbbüsdən imtina edib.
Xəbər lenti
0