Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan Rusiyadakı səfirini dəyişəcək - Rusiya XİN-dən reaksiya

© Sputnik / Антон ДенисовErmənistanın Moskvadakı səfirliyi
Ermənistanın Moskvadakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Abunə olmaq
Simonyan ABŞ Konqresinin nümayəndə heyətinin üzvləri ilə birgə mətbuat konfransında səfirin dəyişidiriləcəyini açıqladı.
BAKI, 5 iyul — Sputnik. Ermənistan Rusiyadakı səfirini dəyişməyi planlaşdırır. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Parlament sədri ABŞ Konqresinin nümayəndə heyətinin üzvləri ilə birgə mətbuat konfransında deyib ki, tezliklə Rusiyada yeni səfir olacaq. O qeyd edib namizədlik artıq təqdim olunub və təyinat gözlənilir.
lakin Simonyan səfir postuna namizədin adını açıqlamayıb.
© Sputnik / Асатур Есаянц / Mediabanka keçidAlen Simonyan
Alen Simonyan - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Alen Simonyan
Ermənistan KİV-i xəbər verir ki, Ermənistan hakimiyyəti Rusiyaya yeni səfir postuna hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat, biznesmen Qurgen Arsenyanı təklif edib.
Ermənistanın Rusiya Federasiyasındakı hazırkı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci ilin yanvarında təyin edilib.
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin məsələ ilə bağlı bildirib ki, Moskva Ermənistanın Rusiyadakı hazırkı səfirinin dəyişdirilməsi məsələsini bu ölkənin öz işi hesab edir.
“Hər hansı bir ölkədə səfirin namizədliyini müəyyən etmək göndərən dövlətin səlahiyyətindədir”, - diplomat jurnalistlərə bildirib.
© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidMixail Qaluzin
Михаил Галузин - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Mixail Qaluzin
Qaluzin həmçinin qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərinin bütün kompleksinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə hazırkı səfir Vaqarşak Varnazoviçə minnətdardır.

“O, kifayət qədər uzun müddətdir ki, səfir kimi fəaliyyət göstərir, mən Rusiya-Ermənistan münasibətlərinin, müttəfiqlik və strateji tərəfdaşlığın inkişafı və genişləndirilməsi istiqamətində birgə fəaliyyətimizdən həmişə dərin məmnunluq hissi keçirmişəm”, - nazir müavini bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0