Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Üzv ölkələrin təhlükəsizliyi ŞƏT-in işində prioritet olaraq qalır - Putin

© Sputnik / Гавриил Григоров / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Abunə olmaq
Putin təşkilatın Qazaxıstanda keçirilən sammiti zamanı təsdiq edilmiş bu sahədə əməkdaşlıq proqramının ŞƏT məkanında separatizm və ekstremizmə qarşı mübarizəyə töhfə verəcəyini vurğulayıb.
BAKI, 4 iyul — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin təhlükəsizliyi bu vəzifəni yerinə yetirmək üçün təşkilatın fəaliyyətində prioritet vəzifə olaraq qalır. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Əlbəttə ki, ŞƏT-in fəaliyyətində prioritet istiqamətlərdən biri xarici sərhədlərin perimetri boyunca üzv dölətlərin təhlükəsizliyinin təmin edilməsidir. Bu gün qəbul edilən qərarlar ŞƏT-in regional antiterror strukturunu bütün təhlükəsizlik təhdidlərinə cavab verəcək universal mərkəzə çevirməyə, habelə Düşənbədə narkotiklərlə mübarizə mərkəzinin yaradılmasına yönəlib", - Rusiya prezidenti ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında bildirib.
Bundan əlavə, Putin təşkilatın Qazaxıstanda keçirilən sammiti zamanı təsdiq edilmiş bu sahədə əməkdaşlıq proqramının ŞƏT məkanında separatizm və ekstremizmə qarşı mübarizəyə töhfə verəcəyini vurğulayıb.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb.
Ümumilikdə ŞƏT Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər ərazidə 26 üzv dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir.
Xəbər lenti
0