https://sputnik.az/20240704/putin-rusiyada-demoqrafik-veziyyetin-yaxsilasdirilmasini-prioritet-vezife-adlandirib-465813167.html
Putin Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılmasını prioritet vəzifə adlandırıb
Putin Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılmasını prioritet vəzifə adlandırıb
Sputnik Azərbaycan
Ailə, sevgi və sədaqət bayramı Rusiyada hər il iyulun 8-də qeyd olunur. 04.07.2024, Sputnik Azərbaycan
2024-07-04T19:12+0400
2024-07-04T19:12+0400
2024-07-04T19:13+0400
rusiya prezidenti vladimir putin
rusiya
duma
dövlət duması
rusiya federasiyası dövlət duması
ailə
bayram
demoqrafik problemlər
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464960245_0:0:3072:1728_1920x0_80_0_0_b987bd736b662d120ad6b7196fc65c1c.jpg
BAKI, 4 iyul — Sputnik. Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılması və doğum səviyyəsinin dəstəklənməsi milli prioritetdir. Bunu ölkə Prezidenti Vladimir Putin bu bayrama həsr olunmuş konsertin iştirakçılarını və qonaqlarını qarşıdan gələn Ailə, Sevgi və Sədaqət Günü münasibətilə təbrik edərkən deyib. "Demoqrafik vəziyyətin yaxşılaşdırılması, doğum səviyyəsinin və çoxuşaqlı ailələrin dəstəklənməsi, ailə dəyərlərinin və təməllərinin möhkəmləndirilməsi, rusiyalı ailələr üçün layiqli həyat keyfiyyətinin təmin edilməsi bizim prioritet milli vəzifəmizdir", - Putin qeyd edib. "Ailələr nə qədər çox mehriban və əmin-amanlıqda yaşayarsa, cəmiyyətimiz bir o qədər humanist və qüvvətli olar, onun gələcəyinə inam bir o qədər güclü olar", deyən prezident bildirib ki, "insanın şəxsiyyəti məhz ailədə formalaşır, onun əxlaqi əsasları ailədə qoyulur". Qeyd edək ki ailə, sevgi və sədaqət bayramı Rusiyada hər il iyulun 8-də qeyd olunur. Bundan əvvəl Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostanina Rusiya Federasiyasının əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakova bu günün istirahət günü olması təklifi ilə müraciət ünvanlamışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464960245_341:0:3072:2048_1920x0_80_0_0_9d186c57536e6c69876b70173b62815f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya prezidenti vladimir putin, duma, dövlət duması, rusiya federasiyası dövlət duması, ailə, bayram, demoqrafik problemlər
rusiya prezidenti vladimir putin, duma, dövlət duması, rusiya federasiyası dövlət duması, ailə, bayram, demoqrafik problemlər
Putin Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılmasını prioritet vəzifə adlandırıb
19:12 04.07.2024 (Yenilənib: 19:13 04.07.2024) Ailə, sevgi və sədaqət bayramı Rusiyada hər il iyulun 8-də qeyd olunur.
BAKI, 4 iyul — Sputnik. Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılması və doğum səviyyəsinin dəstəklənməsi milli prioritetdir.
Bunu ölkə Prezidenti Vladimir Putin bu bayrama həsr olunmuş konsertin iştirakçılarını və qonaqlarını qarşıdan gələn Ailə, Sevgi və Sədaqət Günü münasibətilə təbrik edərkən deyib.
"Demoqrafik vəziyyətin yaxşılaşdırılması, doğum səviyyəsinin və çoxuşaqlı ailələrin dəstəklənməsi, ailə dəyərlərinin və təməllərinin möhkəmləndirilməsi, rusiyalı ailələr üçün layiqli həyat keyfiyyətinin təmin edilməsi bizim prioritet milli vəzifəmizdir", - Putin qeyd edib.
"Ailələr nə qədər çox mehriban və əmin-amanlıqda yaşayarsa, cəmiyyətimiz bir o qədər humanist və qüvvətli olar, onun gələcəyinə inam bir o qədər güclü olar", deyən prezident bildirib ki, "insanın şəxsiyyəti məhz ailədə formalaşır, onun əxlaqi əsasları ailədə qoyulur".
Qeyd edək ki ailə, sevgi və sədaqət bayramı Rusiyada hər il iyulun 8-də qeyd olunur. Bundan əvvəl Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostanina Rusiya Federasiyasının əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakova bu günün istirahət günü olması təklifi ilə müraciət ünvanlamışdı.