Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna ilə Aİ arasında təhlükəsizlik sazişi deklarativ xarakter daşıyır - Rusiya XİN

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.07.2024
Abunə olmaq
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Vladimir Zelenski Brüsseldə Aİ və Ukraynanın təhlükəsizlik öhdəlikləri haqqında saziş imzalayıblar.
BAKI, 3 iyul — Sputnik. Ukrayna və Avropa İttifaqı arasında təhlükəsizlik zəmanətləri haqqında saziş deklarativ xarakter daşıyır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bildirib.
"Bütün oxşar sənədlər kimi, bu saziş deklarativ xarakter daşıyır və hüquqi öhdəlikləri ehtiva etmir. Bu, artıq Ukrayna üçün təhlükəsizlik təminatlarına dair 18-ci sənəddir" - o, brifinq zamanı bildirib.
İyunun sonunda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Vladimir Zelenski Brüsseldə Aİ və Ukraynanın təhlükəsizlik öhdəlikləri haqqında saziş imzalayıblar.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ-Ukrayna təhlükəsizlik sazişi Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Kiyevə hərbi dəstək üçün istifadəsini nəzərdə tutur. Öz növbəsində Ukraynanın baş naziri Denis Şmıqal qeyd edib ki, Ukrayna təhlükəsizlik zəmanətləri üzrə imzalanmış sazişlər çərçivəsində 60 milyard dollarlıq illik hərbi yardıma ümid edir.
Xəbər lenti
0