Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanı İranla birləşdirən yol Azərbaycandan keçir - Overçuk

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Baş nazirin müavini Aleksey Overçuk
Rusiya Baş nazirin müavini Aleksey Overçuk - Sputnik Azərbaycan, 1920, 03.07.2024
Abunə olmaq
Rusiya Baş nazirinin müavini deyib ki, Rusiya və Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzərində işləyir.
BAKI, 03 iyul — Sputnik. Rusiya və Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu əlaqəsinin inkişafı məsələlərini müzakirə edir.
Bu barədə "PRAYM-TASS" Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuka istinadən məlumat yayıb.
“Söhbət dəmir yolu əlaqəsinin inkişafından gedir. Əlbəttə ki, Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsinin tamamlanması məsələsi həmişə müzakirə olunur. Bu da regionda əlaqəni və İranın Bəndər Abbas limanlarına, ilk növbədə, Fars körfəzinə dəmir yolu çıxışını təmin edəcək”, - o bildirib.
İki ölkə prezidentinin görüşü bu gün Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub. Baş nazirin müavini qeyd edib ki, bu danışıqlarda “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması planlarının həyata keçirilməsi ilə bağlı praktiki söhbət aparılıb.
A.Overçuk əlavə edib ki, Azərbaycan-Rusiya sərhədindəki keçid məntəqələri vasitəsilə nəqliyyatın təşkili ilə bağlı artıq Azərbaycanla birgə hissə həyata keçirilib:
“Azərbaycan tərəfində isə çox böyük infrastruktur inkişafı gedir, Rusiya ilə sərhəddən Bakıya qədər müasir böyük avtomobil yolu işə salınıb və o, Bakıdan İranla sərhədə qədər əvvəllər mövcud olan müasir yolla birləşir”.
Onun sözlərinə görə, İran da bu layihəyə maraq göstərir, ölkə ciddi tranzit ölkəyə çevrilir.
Baş nazirin müavini əlavə edib ki, eyni istiqamətdə avtomobil yolu ilə yükdaşımalar xeyli artır və bu gün onun artımı üçün faktiki olaraq heç bir infrastruktur məhdudiyyəti yoxdur.
Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
13.05.24, 18:50
Rusiya qlobal Cənub bazarlarına çıxmaq üçün Azərbaycanla işləməlidir
Rusiya qlobal cənubun sürətlə inkişaf edən bazarlarına çıxmaq üçün Azərbaycan və Mərkəzi Asiya ölkələrindən olan tərəfdaşlarla qarşılıqlı əlaqədə olmalıdır. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Əgər biz sürətlə inkişaf edən bazarlara, gələcəyin iqtisadiyyatının özəyinin formalaşdığı bazarlara getmək istəyiriksə, o zaman Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Azərbaycan və digər ölkələrdən olan həmkarlarımızla sıx əməkdaşlıq etməliyik" - Overçuk Dövlət Dumasının plenar iclasında bildirib.
O əlavə edib ki, bu baxımından Aİİ çərçivəsində bir sıra prioritet infrastruktur layihələri təsdiqlənib.
Overçukun sözlərinə görə, Rusiya hökuməti 2023-cü ildə Rusiya Federasiya ilə ticarət dövriyyəsi təxminən 240 milyard dollara yüksələn Çin də daxil olmaqla, əmtəə axınını çox qısa bir müddətdə Şərqə istiqamətləndirə bilib.
"Bu gün hökumət tarixən çox qısa bir müddətdə əmtəə axınımızı faktiki olaraq yenidən istiqamətləndirməyə və Şərq bazarlarına, Çinə yönəltməyə nail olub" - Overçuk deyib.
O qeyd edib ki, ticarət dövriyyəsinin artması onu deməyə əsas verir ki, Rusiya hökuməti həqiqətən də müvafiq infrastrukturun modernləşdirilməsi də daxil olmaqla, əmtəə axınlarını yönləndirməyə nail olub.
Xatırladaq ki, 2023-cü ildə Çin və Rusiya arasında ticarət dövriyyəsi 26,3% artaraq rekord həddə - 240,11 milyard dollar təşkil edib.
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında Çin və Rusiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% artaraq 56,68 milyard dollar təşkil edib.
Xəbər lenti
0