Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb bütün MDB ölkələrinə qarşı ideoloji müharibə aparır - Xrenin

© Sputnik Viktor Tolochko / Mediabanka keçidViktor Xrenin
Viktor Xrenin - Sputnik Azərbaycan, 1920, 03.07.2024
Abunə olmaq
Xrenin xatırladıb ki, bu yaxınlarda Belarus kollektiv Qərbin yaratdığı böhranlı siyasi hadisələri dəf etdi və Belarus xalqının qarşısında qoyulan çağırışa uğurla tab gətirdi.
BAKI, 3 iyul — Sputnik. Rusiya müdafiə naziri Andrey Belousov MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının (MNŞ) sədri seçilib.
Bu qərar MDB Nazirlər Şurasının Minskdə keçirilən növbəti iclasında yekdilliklə qəbul edilib.
Belarusun müdafiə naziri Viktor Xrenin deyib ki, Qərb bütün MDB ölkələrinə qarşı ideoloji müharibə aparır və Minsk belə siyasətə qarşı çıxmaq təcrübəsini bölüşməyə hazırdır.
"Əslində, birliyin bütün ölkələrinə qarşı ideoloji müharibə aparılır, həm ayrı-ayrı xalqlar, ölkələr, həm də bütöv regionlar arasında mövcud dostluq münasibətləri pozulmağa cəhd edilir", Xrenin qeyd edib.
Xrenin xatırladıb ki, bu yaxınlarda Belarus kollektiv Qərbin yaratdığı böhranlı siyasi hadisələri dəf etdi və Belarus xalqının qarşısında qoyulan çağırışa uğurla tab gətirdi.
"Belarus tərəfi mövcud təcrübəsini, o cümlədən əhalinin və hərbçilərin vətənpərvərlik tərbiyəsi sahəsindəki təcrübəsini bölüşməyə hazırdır", - nazir vurğulayıb.
Xəbər lenti
0