Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbin hərəkətləri əsas bazar institutlarını nüfuzdan salır - Qavrilov

© Photo : Arms Control Delegation in ViennaKonstantin Qavrilov
Konstantin Qavrilov  - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Diplomat Qərbin ehtiyat valyutalarına əsaslanan maliyyə sisteminə inamsızlığın artdığını qeyd edib.
BAKI, 2 iyul — Sputnik. Qərb ölkələri öz hərəkətləri ilə bazar institutlarını gözdən salır, özlərinin yaratdığı sistemə inamı sarsıdır. Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

"Kollektiv Qərb öz hərəkətləri ilə BVF və Dünya Bankından istifadə edərək əsas bazar institutlarını nüfuzdan salıb və zəiflədib, iqlim gündəmini təhrif edərək, qlobal Cənubun inkişafını ləngidir", - o deyib.

Diplomat Qərbin ehtiyat valyutalarına əsaslanan maliyyə sisteminə inamsızlığın artdığını qeyd edib. Qavrilovun sözlərinə görə, Qərb Rusiya aktivlərini oğurlamaq qərarına gələndə yaratdığı sistemi də zədələyib.
Qavrilov qeyd edib ki, bu sistem uzun onilliklər ərzində Qərb ölkələrinin özlərinin çiçəklənməsini təmin edib:
"Bütün ölkələrə, şirkətlərə və suveren fondlara onların aktivlərinin və ehtiyatlarının həm hüquqi, həm də iqtisadi mənada təhlükəsiz olmadığı aydın olur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0