Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putinin Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Zelenski, əvvəllər Rusiya Federasiyası ilə danışıqları qadağan edən rəsmi qərar qəbul edib.
BAKI, 1 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli üçün dialoqa hazırdır.
Bu barədə iyulun 1-də onun mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident Putin dəfələrlə bildirib ki, Rusiya qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən ünsiyyətə və dialoqa açıqdır. O, bu barədə dəfələrlə danışıb" - rəsmi nümayəndə vurğulayıb.
Qeyd edək ki, səlahiyyətləri mayın 21-də başa çatan Ukraynanın qeyri-legitim Prezidenti Vladimir Zelenski "Philadelphia Induirer"ə verdiyi videomüsahibədə Ukraynaya Rusiya ilə danışıqlar aparmağa icazə verdiyini söyləyib. Lakin bir şərtlə - bu danışıqlar yalnız vasitəçilərin iştirakı ilə baş tutmalıdır. Bu rolda istənilən ölkə ola bilər. Eyni zamanda, Zelenski, əvvəllər Rusiya Federasiyası ilə danışıqları qadağan edən rəsmi qərar qəbul edib.
Xəbər lenti
0