NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti 91 dollara yaxınlaşır - Nə baş verir?

© iStock.com / AlexmumuNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan, 1920, 03.07.2024
Abunə olmaq
ABŞ-də neft ehtiyatlarının gözləniləndən daha çox azalması, Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərinin bahalaşmasına səbəb olub.
BAKI, 3 iyul — Sputnik. Dünya bazarlarında neftin bahalaşması davam edir. ABŞ-də neft ehtiyatlarının gözləniləndən daha çox azalması, Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərinin bahalaşmasına səbəb olub.
"Brent" markalı neft 47 sent bahalaşaraq 86,71 dollara, ABŞ-nin Qərbi Texas nefti 43 sent artaraq 83,24 dollara yüksəlib. Beləliklə, "Brent" markalı neft 10 həftənin ən yüksək səviyyəsinə çatıb. "Azeri Light" markalı Azərbaycan nefti 72 sent artaraq 90,78 dollar təşkil edib.
Qeyd edək ki, keçən həftə ABŞ-də xam neft ehtiyatları 9,1 milyon barel azalıb. Analitiklər isə xam neft ehtiyatlarının 700 min barel azalacağını gözləyirdilər. Digər tərəfdən, yay mövsümündə səyahət ilə bağlı yanacağa tələbatın artacağına dair gözləntilər və ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini azaltma ehtimalı qiymətlərin bahalaşmasına səbəb olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
02.07.24, 11:00
Neft niyə bahalaşır?
Dünya birjalarında neft qiymətlərində artım müşahidə edilir. Yay mövsümündə səyahət ilə bağlı yanacağa tələbatın artacağına dair gözləntilər və ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini azaltma ehtimalı qiymətlərin bahalaşmasına səbəb olub. Yaxın Şərqdə baş verən gərginlik də neft qiymətlərini dəstəkləyir. ABŞ-də inflyasiyanın səngiməsinin əlamətləri FED-in sentyabr ayında faiz dərəcələrini endirə biləcəyi ümidini artırır.
"Brent" markalı neft 20 sent artaraq 86,80 dollar, ABŞ-nin Qərbi Texas nefti 15 sent artaraq 83,53 dollar olub. "Brent" markalı neft əvvəlki sessiyada 1,9% dəyər qazanaraq aprelin 30-dan bəri ən yüksək səviyyəyə çatıb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,41 dollar artaraq 90,06 dollar təşkil edib.
Bəzi məlumatlar göstərir ki, 2024-cü ilin ilk yarısında dünyanın ən böyük neft istehlak edən bölgəsi olan Asiyaya neft idxalı keçən illə müqayisədə daha az olub. Bu, əsasən dünyanın ən böyük neft idxalçısı olan Çinə idxalın azalması ilə əlaqədar olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0