CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda günvurma məruz qalanların statistikası açıqlandı

© AFP 2024 / MAHMUD HAMSİsti hava
İsti hava - Sputnik Azərbaycan, 1920, 02.09.2024
Abunə olmaq
Yüngül dərəcə günvurma zamanı göz bəbəklərinin genişlənməsi, başgicəllənməsi, başağrısı müşahidə olunur.
BAKI, 2 sentyabr — Sputnik. Avqust ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar olaraq 13 nəfərin ( 3 qadın cinsli, 10 kişi cinsli olmaqla) ) müraciəti qeydə alınıb.
Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 4 nəfər xəstəxanaya hospitalizasiya olunub, 9 nəfərə yerində yardım göstərilib.
Qeyd edilib ki, müraciət edən şəxslərdən 3-ü (2 qadın, 1 kişi cinsli olmaqla) yeniyetmə olub.
02.07.24, 13:38
2024-cü ilin iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar 27 nəfərin müraciəti qeydə alınıb. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, onlardan 5 nəfər xəstəxanaya təxliyə olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib. Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında azyaşlılardır.
TƏBİB-dən bildirilib ki, günvurmanın ağırlıq dərəcəsinə görə yüngül, orta və ağır olmaqla 3 dərəcəsi var. Yüngül dərəcə günvurma zamanı göz bəbəklərinin genişlənməsi, başgicəllənməsi, başağrısı müşahidə olunur. Orta-ağır dərəcəli günvurma zamanı xəstədə kəskin başağrıları, qusma, ürək bulanması, bədən temperaturunun artması və huşun itməsi müşahidə edilir. Ağır dərəcəli günvurma zamanı isə qeyd etdiyimiz hallarla yanaşı, sidik və nəcis ixracının qeyri-ixtiyari hal alması, bədən temperaturunun 40 dərəcədən yüksək olması, habelə komatoz vəziyyətdə isə ölümlə nəticələnə bilir.
Bəs günvurma zamanı ilk yardım necə aparılmalıdır? TƏBİB ilk təcili yardım qaydalarını açıqlayıb:
Günvuran şəxs sərin və ya kölgə yerə aparılaraq uzadılmalıdır;
Üst geyimi varsa, çıxarılmalıdır;
Boyun və sinə nahiyəsində sıxılma olmamalıdır (kəmər, qalstuk və s. çıxarılaraq rahat vəziyyətə gətirilməlidir);
Soyuq kompreslərdən istifadə edilməlidir (kompreslər boyun, alın, əl və ayaqların bilək hissələrinə qoyula bilər);
Bədən sulu dəsmal və ya parça ilə silinməlidir;
Su içirilməlidir (məsləhətdir ki, mineral su olsun, olmadığı təqdirdə isə orqanizmdə duz-su mübadiləsini tənzimləmək məqsədilə sərin suya az miqdarda duz və ya şəkər əlavə edilməlidir);
Huşun, nəfəsin, nəbzin itməsi müşahidə edilərsə, təcili tibbi yardım briqadası gələnə qədər süni nəfəs verməklə ürək masajı etmək lazımdır;
Qusma halı olarsa, yanı üstə uzadaraq qusuntu kütləsinin ağızdan tam çıxdığına əmin olmaq lazımdır.
Günvurmadan qorunmaq üçün sağlam qida və sağlam həyat tərzinə mütləq riayət etmək, gün ərzində 2-3 litr civarında maye qəbul etmək mütləqdir.
Eyni zamanda məcbur olmadığı təqdirdə günəş şüalarının normadan çox olduğu zamanlarda (saat 10:00-dan 16:00-a qədər) evdən çıxmamaq və qeyd edilən saatlarda dənizə girməmək məsləhətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0