Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində debatlarına sədrlik edəcək

© Sputnik / Алексей ФилипповSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 01.07.2024
Abunə olmaq
Rusiyanın BMT Təhlükəsizlik Şurasında sədrliyi dövründə üç mərkəzi tədbir planlaşdırılır.
BAKI, 1 iyul — Sputnik. İyulun 16 və 17-də Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində debatlarına Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edəcək.
Bu barədə Rusiya XİN-in yaydığı məlumatda deyilir.
"Rusiyanın BMT Təhlükəsizlik Şurasında sədrliyi dövründə üç mərkəzi tədbir planlaşdırılır. 16 iyul - "Daha ədalətli, demokratik və dayanıqlı dünya nizamının yaradılması maraqları naminə çoxtərəfli əməkdaşlıq" mövzusunda nazirlər səviyyəsində açıq debat", 17 iyul - Fələstin məsələsi də daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətlə bağlı nazirlər səviyyəsində açıq müzakirələr. İlk iki tədbirə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov sədrlik edəcək", - məlumatda deyilir.
Xəbər lenti
0