https://sputnik.az/20240701/kreml-fransada-davam-eden-parlament-seckilerini-izleyir---peskov-465733204.html
Kreml Fransada davam edən parlament seçkilərini izləyir - Peskov
Kreml Fransada davam edən parlament seçkilərini izləyir - Peskov
Sputnik Azərbaycan
Sağçı Milli Həmrəylik Partiyası və Müttəfiq Qüvvələr 33,15% səslə birinci yeri tutub. 01.07.2024, Sputnik Azərbaycan
2024-07-01T22:38+0400
2024-07-01T22:38+0400
2024-07-01T22:38+0400
dmitri peskov
rusiya
jak şirak
fransa
parlament seçkisi
marin le pen
marin le pen
kreml
kreml
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_0:161:3070:1888_1920x0_80_0_0_88bec4388580687f81983482c3ea2418.jpg
BAKI, 1 iyul — Sputnik. Kreml sağçı Milli Həmrəylik Partiyasının liderlik etdiyi Fransada davam edən parlament seçkilərini izləyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, səsvermənin birinci turunun nəticələri ümumilikdə Avropadakı tendensiyaları əks etdirir. "Əlbəttə ki, biz bu seçkilərin gedişini çox diqqətlə izləyirik, bir sıra Avropa ölkələrində, o cümlədən Fransada yaranmış tendensiyalar bunu təsdiqləyir", - Kreml nümayəndəsi bildirib. "Yəqin ki, ikinci turu gözləyəcəyik, baxmayaraq ki, fransalı seçicilərin seçimləri bizim üçün az-çox aydındır", - Peskov əlavə edib. İyunun 30-da Fransada növbədənkənar parlament seçkilərinin birinci turu keçirilib. Sağçı Milli Həmrəylik Partiyası və Müttəfiq Qüvvələr 33,15% səslə birinci yeri tutub. Solçu Yeni Xalq Cəbhəsi alyansı ikinci yeri tutaraq 27,99% səs toplayıb. Fransa Daxili İşlər Nazirliyinin açıqladığı yekun məlumatlara əsasən, "Respublika naminə birlikdə" prezident koalisiyası 20,04% səs toplayıb. Fransa prezidenti iyunun 9-da Avropa Parlamentinə seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanın buraxılması barədə qərar qəbul edib. Sonuncu dəfə parlamentin aşağı palatası prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_170:0:2901:2048_1920x0_80_0_0_659386fda135e3a3b2c4bd3d3b6b059d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, jak şirak, fransa, parlament seçkisi, marin le pen, marin le pen, kreml, kreml
dmitri peskov, jak şirak, fransa, parlament seçkisi, marin le pen, marin le pen, kreml, kreml
Kreml Fransada davam edən parlament seçkilərini izləyir - Peskov
Sağçı Milli Həmrəylik Partiyası və Müttəfiq Qüvvələr 33,15% səslə birinci yeri tutub.
BAKI, 1 iyul — Sputnik. Kreml sağçı Milli Həmrəylik Partiyasının liderlik etdiyi Fransada davam edən parlament seçkilərini izləyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, səsvermənin birinci turunun nəticələri ümumilikdə Avropadakı tendensiyaları əks etdirir.
"Əlbəttə ki, biz bu seçkilərin gedişini çox diqqətlə izləyirik, bir sıra Avropa ölkələrində, o cümlədən Fransada yaranmış tendensiyalar bunu təsdiqləyir", - Kreml nümayəndəsi bildirib.
"Yəqin ki, ikinci turu gözləyəcəyik, baxmayaraq ki, fransalı seçicilərin seçimləri bizim üçün az-çox aydındır", - Peskov əlavə edib.
İyunun 30-da Fransada növbədənkənar parlament seçkilərinin birinci turu keçirilib. Sağçı Milli Həmrəylik Partiyası və Müttəfiq Qüvvələr 33,15% səslə birinci yeri tutub. Solçu Yeni Xalq Cəbhəsi alyansı ikinci yeri tutaraq 27,99% səs toplayıb. Fransa Daxili İşlər Nazirliyinin açıqladığı yekun məlumatlara əsasən, "Respublika naminə birlikdə" prezident koalisiyası 20,04% səs toplayıb.
Fransa prezidenti iyunun 9-da Avropa Parlamentinə seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanın buraxılması barədə qərar qəbul edib. Sonuncu dəfə parlamentin aşağı palatası prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılıb.