https://sputnik.az/20240630/yasamalda-agaclarin-kokunden-qopmasi-ile-bagli-muemma---fotolar-465645246.html
Yasamalda ağacları bina tikmək məqsədilə kəsiblər - Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
Yasamalda ağacları bina tikmək məqsədilə kəsiblər - Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
Sputnik Azərbaycan
Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3... 30.06.2024, Sputnik Azərbaycan
2024-06-30T18:18+0400
2024-06-30T18:18+0400
2024-06-30T16:56+0400
yasamal
paytaxt xəbərləri
ağac
ağac kəsilməsi
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
mtk
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1b/465643346_0:1:2048:1153_1920x0_80_0_0_065d833794db24665a8083250b46df7b.jpg
BAKI, 30 iyun — Sputnik. Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.Faktla bağlı akt tərtib olunub.Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.27.06.24, 16:51Yasamalda ağacların kökündən qopması ilə bağlı müəmma: Külək, yoxsa MTK?Yasamal rayonu, Həsən bəy Zərdabi 69 ünvanında ağaclar müəmmalı şəkildə kökündən qopur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sosial şəbəkədə sakinlər bildirib. Şəymən Bayramova adlı Facebook istifadəçisi yazıb ki, Yasamalda 3 ağac müəmmalı şəkildə kökündən aşıb. "Guya ağaclar gecə əsən küləyin təsirindən qırılıb. Ərazidə yaşayan sakinlər isə iddia edir ki, dünən həmin ərazidə bu ağacları kökündən qıracaq qədər şiddətli külək olmayıb. Hər tərəfdən hündürmərtəbəli binalarla əhatə olunmuş ərazidə üç sağlam ağacın eyni vaxtda, peşəkarcasına qırılması şübhə doğurur." - Bayramova bildirib. O qeyd edib ki, Zərdabi 69 ünvanında yerləşən beşmərtəbəli bina uzun müddətdir qəzalı vəziyyətdədir və üzbəüzdə (5-6 metr aralıda) yeni hündürmərtəbəli binalar inşa edilir. Uzun müddət tikintisi davam edən inşaatın qarşı binada yaşayan sakinlərlə MTK arasında yaşanan anlaşılmazlıq səbəbindən ləngidiyi qeyd edilib. "Onu da deyək ki, həmin binanın ərazisindəki digər ağaclar da zaman- zaman müəmmalı şəkildə kökündən aşıb. Odur ki, sakinlər sözügedən MTK-nın tikdikləri binanın həyətini genişləndirmək üçün ağacları bilərəkdən məhv edərək "külək qırıb" görüntüsü yaratmasını istisna etmirlər" - Ş.Bayramova yazıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ağacların aşma səbəbləri və sakinlərin iddiaları araşdırılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1b/465643346_256:0:1793:1153_1920x0_80_0_0_7bc9243c231cd998eb2430143f4f3078.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yasamal, ağac, ağac kəsilməsi, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, mtk
yasamal, ağac, ağac kəsilməsi, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, mtk
Yasamalda ağacları bina tikmək məqsədilə kəsiblər - Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.
BAKI, 30 iyun — Sputnik. Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Yasamalda ağacların kökündən qopması ilə bağlı müəmma: Külək, yoxsa MTK?
Yasamal rayonu, Həsən bəy Zərdabi 69 ünvanında ağaclar müəmmalı şəkildə kökündən qopur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sosial şəbəkədə sakinlər bildirib.
Şəymən Bayramova adlı Facebook istifadəçisi yazıb ki, Yasamalda 3 ağac müəmmalı şəkildə kökündən aşıb.
"Guya ağaclar gecə əsən küləyin təsirindən qırılıb. Ərazidə yaşayan sakinlər isə iddia edir ki, dünən həmin ərazidə bu ağacları kökündən qıracaq qədər şiddətli külək olmayıb. Hər tərəfdən hündürmərtəbəli binalarla əhatə olunmuş ərazidə üç sağlam ağacın eyni vaxtda, peşəkarcasına qırılması şübhə doğurur." - Bayramova bildirib.
O qeyd edib ki, Zərdabi 69 ünvanında yerləşən beşmərtəbəli bina uzun müddətdir qəzalı vəziyyətdədir və üzbəüzdə (5-6 metr aralıda) yeni hündürmərtəbəli binalar inşa edilir. Uzun müddət tikintisi davam edən inşaatın qarşı binada yaşayan sakinlərlə MTK arasında yaşanan anlaşılmazlıq səbəbindən ləngidiyi qeyd edilib.
"Onu da deyək ki, həmin binanın ərazisindəki digər ağaclar da zaman- zaman müəmmalı şəkildə kökündən aşıb. Odur ki, sakinlər sözügedən MTK-nın tikdikləri binanın həyətini genişləndirmək üçün ağacları bilərəkdən məhv edərək "külək qırıb" görüntüsü yaratmasını istisna etmirlər" - Ş.Bayramova yazıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ağacların aşma səbəbləri və sakinlərin iddiaları araşdırılacaq.