https://sputnik.az/20240630/rusiya-iqtisadiyyati-qerbin-sanksiyalarina-baxmayaraq-boyuyur-463631990.html
Rusiya iqtisadiyyatı ABŞ-ın sanksiyaları sayəsində güclənib
Rusiya iqtisadiyyatı ABŞ-ın sanksiyaları sayəsində güclənib
Sputnik Azərbaycan
Rusiya sanksiyalara qarşı immunitetə malikdir və prezident Vladimir Putin ABŞ-ın Rusiyaya hücuma başladığı vaxtdan daha populyardır. 30.06.2024, Sputnik Azərbaycan
2024-06-30T23:18+0400
2024-06-30T23:18+0400
2024-06-30T22:23+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
belarus
iraq
suriya
g7
con kennedi
sanksiyalar
sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/41222/22/412222265_0:280:5313:3269_1920x0_80_0_0_37d5147648367e4ca1f703b1ad74f956.jpg
BAKI, 30 iyun — Sputnik. ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi bildirib ki, Amerikanın Rusiyaya qarşı sanksiyaları nəticə vermir və Rusiya iqtisadiyyatını ancaq gücləndirir.O, bu barədə Tom Bilyeu YouTube kanalına müsahibəsində bildirib.Kiçik Kennedi qeyd edib ki, bu gün Rusiya sanksiyalara qarşı immunitetə malikdir və Rusiya lideri Vladimir Putin ABŞ-ın Rusiya Federasiyasına hücuma başladığı vaxtdan daha populyardır.“Bu, sadəcə olaraq, ölkəmiz üçün fəlakətdir” - o, əlavə edib.Putin daha əvvəl bəyan etmişdi ki, ABŞ yeni sanksiyalarla Rusiya iqtisadiyyatını yıxmağa çalışır, lakin Moskvanı cilovlamaq və təcrid etmək üçün bütün cəhdlər uğursuz alınıb.Bundan əvvəl politoloq və ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen bildirib ki, ikinci dərəcəli sanksiyaların tətbiqi ABŞ və bütövlükdə Qərbin daha da təcrid olunmasına gətirib çıxaracaq.01.04.24, 21:00Sanksiyalar Rusiyanın belini qırmayıb, əksinə o, daha da güclənibRusiya iqtisadiyyatı aktiv şəkildə inkişaf etməyə davam edir və Qərbin sanksiyalarına baxmayaraq, G7 ölkələrinin artım templərini üstələyir, Aİ ölkələri isə Rusiya Federasiyasını təcrid etməyə çalışaraq "öz ayaqlarına atəş açırlar". Bu barədə Britaniyanın "Daily Mail" qəzeti bir sıra ekspertlərə istinadən yazır. Hesablamalara görə, Rusiya məhsullarına qarşı sanksiyaların tətbiqi, bankları beynəlxalq ödəniş sistemlərindən sıxışdırmaq cəhdləri, eləcə də aktivlərin dondurulması Moskvaya yalnız Qərb nəzarət mexanizmlərindən uzaqlaşmaqda, İran və Çinlə iqtisadi qarşılıqlı əlaqələri dərinləşdirməyə kömək edib. "Əgər sanksiyaların məqsədi Rusiyanı cilovlamaq idisə, bu, qeyri-məhsuldardır. Ssanksiyalar sadəcə olaraq Moskvanın Qərblə, xüsusən də ABŞ-la münasibətlərini pisləşdirib. Qərb ölkələrinin Rusiyaya qarşı iqtisadi təzyiqlərinin səmərəliliyinə inamsızlıq uzunmüddətli perspektivdə sanksiyaların özünün mexanizmini sarsıdacaq və bu, dolların hegemonluğuna təhlükə yaradacaq və təchizat zəncirləri üzərində nəzarətin itirilməsinə səbəb olacaq. Rusiyanın təcrid olunması mifdir" - nəşr yazır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 27-də bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyasətinin iqtisadi səmərəsizliyini anlayıb. O, Avropa Komissiyasının Rusiya və Belarusdan idxal olunan kənd təsərrüfatı məhsullarına sanksiya məhdudiyyətləri tətbiq etmək əvəzinə rüsumların artırılması təklifini şərh edərkən bunu deyib.Qeyd edək ki, ötən il Rusiya G20-də ən sürətlə inkişaf edən beşinci iqtisadiyyat olub. Bu barədə RİA Novosti milli statistika xidmətlərinin məlumatlarına əsasən xəbər yayıb.Bildirilir ki, Hindistan isə ən yüksək artım tempinə sahib olub, üç ölkənin ÜDM-də isə azalma müşahidə olunub.Argentina 2023-cü il üçün ÜDM məlumatlarını açıqlayan G20 ölkələri arasında sonuncudur: əvvəlki ildəki 5% iqtisadi artıma qarşı 1,6% azalıb.Səudiyyə Ərəbistanı (-0,8%) və Almaniyada (-0,3%) da azalma qeydə alınıb, əvvəlki il onların iqtisadiyyatları müvafiq olaraq 7,5% və 1,8% artıb. Hər üç dövlət üçün bu, 2020-ci il koronavirus ilindən bəri ÜDM-də ilk azalmadır.Ən çox böyüyən Hindistan iqtisadiyyatı olub - temp 7,2%-dən 7,3%-ə yüksəlib. Sonrakı yerdə Çinin iqtisadiyyatı gəlir - bir il əvvəl 3%-dən sonra 5,2% genişlənmə.İlk üçlüyü ÜDM-i 2022-ci ildəki 5,3% ilə müqayisədə 5,1% artan İndoneziya tamamlayır.Türkiyənin artım tempi keçən il 5,5%-dən 4,5%-ə enib.İlk beşliyi 2022-ci ildəki 1,2% azalmanı tam kompensasiya etməklə iqtisadiyyatı 3,6% böyüyən Rusiya tamamlayır.Rusiya, Çin və Hindistandan başqa, G20 ölkələri arasında ÜDM-in artım templəri ABŞ-da - bir il əvvəl 1,9%-dən 2,5%-ə, eləcə də Yaponiyada da - 1%-dən 1,9%-ə qədər sürətlənib.Digər ölkələrdə, G7 arasında ən güclü şəkildə ləngimə müşahidə olunur: Böyük Britaniyada - 43 dəfə, 0,1%-ə qədər, İtaliyada - dörd dəfə, 0,9%-ə qədər, Fransa və Kanadada - üç dəfə, müvafiq olaraq 0,9% və 1,1%-ə qədər.Meksikada ÜDM bir il əvvəlki 3,9%-ə qarşı 3,2%, Avstraliyada 3,7%-ə qarşı 2,7%, Cənubi Koreyada isə 2,6%-ə qarşı 1,4% artıb.Eyni zamanda, G20-nin də bir hissəsi olan Aİ-də iqtisadi artım templəri 3,4%-dən 0,4%-ə düşüb.BRİKS üzvləri Braziliya və Cənubi Afrika iqtisadi artım nümayiş etdiriblər, baxmayaraq ki, Afrika ölkələrində artım tempi 1,9%-dən 0,6%-ə, Latın Amerikası ölkələrində isə 3%-dən 2,9%-ə enib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41222/22/412222265_292:0:5021:3547_1920x0_80_0_0_0a08e001375ea8fe42804868f8242db0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, belarus, iraq, suriya, g7, con kennedi, sanksiyalar, sanksiyalar, rusiya əleyhinə sanksiyalar, abş
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, belarus, iraq, suriya, g7, con kennedi, sanksiyalar, sanksiyalar, rusiya əleyhinə sanksiyalar, abş
Rusiya iqtisadiyyatı ABŞ-ın sanksiyaları sayəsində güclənib
Rusiya sanksiyalara qarşı immunitetə malikdir və prezident Vladimir Putin ABŞ-ın Rusiyaya hücuma başladığı vaxtdan daha populyardır.
BAKI, 30 iyun — Sputnik. ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi bildirib ki, Amerikanın Rusiyaya qarşı sanksiyaları nəticə vermir və Rusiya iqtisadiyyatını ancaq gücləndirir.
O, bu barədə Tom Bilyeu YouTube kanalına müsahibəsində bildirib.
Kiçik Kennedi qeyd edib ki, bu gün Rusiya sanksiyalara qarşı immunitetə malikdir və Rusiya lideri Vladimir Putin ABŞ-ın Rusiya Federasiyasına hücuma başladığı vaxtdan daha populyardır.
“Bu, sadəcə olaraq, ölkəmiz üçün fəlakətdir” - o, əlavə edib.
Putin daha əvvəl bəyan etmişdi ki, ABŞ yeni sanksiyalarla Rusiya iqtisadiyyatını yıxmağa çalışır, lakin Moskvanı cilovlamaq və təcrid etmək üçün bütün cəhdlər uğursuz alınıb.
Bundan əvvəl politoloq və ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen bildirib ki, ikinci dərəcəli sanksiyaların tətbiqi ABŞ və bütövlükdə Qərbin daha da təcrid olunmasına gətirib çıxaracaq.
Sanksiyalar Rusiyanın belini qırmayıb, əksinə o, daha da güclənib
Rusiya iqtisadiyyatı aktiv şəkildə inkişaf etməyə davam edir və Qərbin sanksiyalarına baxmayaraq, G7 ölkələrinin artım templərini üstələyir, Aİ ölkələri isə Rusiya Federasiyasını təcrid etməyə çalışaraq "öz ayaqlarına atəş açırlar". Bu barədə Britaniyanın "Daily Mail" qəzeti bir sıra ekspertlərə istinadən yazır.
Hesablamalara görə, Rusiya məhsullarına qarşı sanksiyaların tətbiqi, bankları beynəlxalq ödəniş sistemlərindən sıxışdırmaq cəhdləri, eləcə də aktivlərin dondurulması Moskvaya yalnız Qərb nəzarət mexanizmlərindən uzaqlaşmaqda, İran və Çinlə iqtisadi qarşılıqlı əlaqələri dərinləşdirməyə kömək edib.
"Əgər sanksiyaların məqsədi Rusiyanı cilovlamaq idisə, bu, qeyri-məhsuldardır. Ssanksiyalar sadəcə olaraq Moskvanın Qərblə, xüsusən də ABŞ-la münasibətlərini pisləşdirib. Qərb ölkələrinin Rusiyaya qarşı iqtisadi təzyiqlərinin səmərəliliyinə inamsızlıq uzunmüddətli perspektivdə sanksiyaların özünün mexanizmini sarsıdacaq və bu, dolların hegemonluğuna təhlükə yaradacaq və təchizat zəncirləri üzərində nəzarətin itirilməsinə səbəb olacaq. Rusiyanın təcrid olunması mifdir" - nəşr yazır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 27-də bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyasətinin iqtisadi səmərəsizliyini anlayıb. O, Avropa Komissiyasının Rusiya və Belarusdan idxal olunan kənd təsərrüfatı məhsullarına sanksiya məhdudiyyətləri tətbiq etmək əvəzinə rüsumların artırılması təklifini şərh edərkən bunu deyib.
Qeyd edək ki, ötən il Rusiya G20-də ən sürətlə inkişaf edən beşinci iqtisadiyyat olub. Bu barədə RİA Novosti milli statistika xidmətlərinin məlumatlarına əsasən xəbər yayıb.
Bildirilir ki, Hindistan isə ən yüksək artım tempinə sahib olub, üç ölkənin ÜDM-də isə azalma müşahidə olunub.
Argentina 2023-cü il üçün ÜDM məlumatlarını açıqlayan G20 ölkələri arasında sonuncudur: əvvəlki ildəki 5% iqtisadi artıma qarşı 1,6% azalıb.
Səudiyyə Ərəbistanı (-0,8%) və Almaniyada (-0,3%) da azalma qeydə alınıb, əvvəlki il onların iqtisadiyyatları müvafiq olaraq 7,5% və 1,8% artıb. Hər üç dövlət üçün bu, 2020-ci il koronavirus ilindən bəri ÜDM-də ilk azalmadır.
Ən çox böyüyən Hindistan iqtisadiyyatı olub - temp 7,2%-dən 7,3%-ə yüksəlib. Sonrakı yerdə Çinin iqtisadiyyatı gəlir - bir il əvvəl 3%-dən sonra 5,2% genişlənmə.
İlk üçlüyü ÜDM-i 2022-ci ildəki 5,3% ilə müqayisədə 5,1% artan İndoneziya tamamlayır.
Türkiyənin artım tempi keçən il 5,5%-dən 4,5%-ə enib.
İlk beşliyi 2022-ci ildəki 1,2% azalmanı tam kompensasiya etməklə iqtisadiyyatı 3,6% böyüyən Rusiya tamamlayır.
Rusiya, Çin və Hindistandan başqa, G20 ölkələri arasında ÜDM-in artım templəri ABŞ-da - bir il əvvəl 1,9%-dən 2,5%-ə, eləcə də Yaponiyada da - 1%-dən 1,9%-ə qədər sürətlənib.
Digər ölkələrdə, G7 arasında ən güclü şəkildə ləngimə müşahidə olunur: Böyük Britaniyada - 43 dəfə, 0,1%-ə qədər, İtaliyada - dörd dəfə, 0,9%-ə qədər, Fransa və Kanadada - üç dəfə, müvafiq olaraq 0,9% və 1,1%-ə qədər.
Meksikada ÜDM bir il əvvəlki 3,9%-ə qarşı 3,2%, Avstraliyada 3,7%-ə qarşı 2,7%, Cənubi Koreyada isə 2,6%-ə qarşı 1,4% artıb.
Eyni zamanda, G20-nin də bir hissəsi olan Aİ-də iqtisadi artım templəri 3,4%-dən 0,4%-ə düşüb.
BRİKS üzvləri Braziliya və Cənubi Afrika iqtisadi artım nümayiş etdiriblər, baxmayaraq ki, Afrika ölkələrində artım tempi 1,9%-dən 0,6%-ə, Latın Amerikası ölkələrində isə 3%-dən 2,9%-ə enib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.