https://sputnik.az/20240628/rusiyanin-atet-pa-da-fealiyyetinin-dayandirilmasi-ile-bagli-layihe-dumaya-teqdim-edilib-465694276.html
Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı layihə Dumaya təqdim edilib
Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı layihə Dumaya təqdim edilib
Sputnik Azərbaycan
Rəsmi Moskva ATƏT PA büdcəsinə ödənişləri hələ 2023-cü ilin aprelində dayandırıb. 28.06.2024, Sputnik Azərbaycan
2024-06-28T22:25+0400
2024-06-28T22:25+0400
2024-06-28T22:25+0400
rusiya
bəyanat
layihə
layihə
atət
atət
atət parlamanet assambleyası
atət pa
atət parlament assambleyası
duma
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439478975_0:48:2623:1523_1920x0_80_0_0_46f6c93937f6cbe6511aded1ad8f43e4.jpg
BAKI, 28 iyun - Sputnik. Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasındakı işinin dayandırılması ilə bağlı Federal Məclisin hər iki palatasının qətnamə layihəsi Dövlət Dumasına təqdim olunub.“Report” xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının bəyanatı yayılıb.Bəyanatda deyilir ki, Rusiya nümayəndə heyəti dəfələrlə ATƏT PA-nın rəhbər orqanlarının iclaslarında və işində bərabər şəkildə iştirak etmək imkanından məhrum edilib.“Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları əmindirlər ki, öz xalqının iradəsini və maraqlarını ifadə edən parlamentarilərə münasibətdə ATƏT PA-nın tədbirlərində iştirakla bağlı məhdudiyyətlərin tətbiqi qəbuledilməzdir. İndiki şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi imkanı yoxdur. Bu səbəbdən Rusiya parlamentinin nümayəndə heyəti ATƏT PA-da iştirakını müvəqqəti dayandırır”, - sənəddə deyilir.Qeyd edək ki, rəsmi Moskva ATƏT PA büdcəsinə ödənişləri hələ 2023-cü ilin aprelində dayandırıb.“Rusiya ayrı-seçkilik yanaşmalarının aradan qaldırılması şərtilə struktur daxilində işə qayıtmağa hazırdır”, - sənədin müəllifləri qeyd ediblər.Qərar qəbul edildiyi gündən qüvvəyə minir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439478975_171:0:2503:1749_1920x0_80_0_0_bed976e71e1fca9a96a6ec6afef22c74.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bəyanat, layihə, layihə, atət, atət, atət parlamanet assambleyası, atət pa, atət parlament assambleyası, duma, dövlət duması, rusiya dövlət duması, rusiya dövlət duması
bəyanat, layihə, layihə, atət, atət, atət parlamanet assambleyası, atət pa, atət parlament assambleyası, duma, dövlət duması, rusiya dövlət duması, rusiya dövlət duması
Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı layihə Dumaya təqdim edilib
Rəsmi Moskva ATƏT PA büdcəsinə ödənişləri hələ 2023-cü ilin aprelində dayandırıb.
BAKI, 28 iyun - Sputnik. Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasındakı işinin dayandırılması ilə bağlı Federal Məclisin hər iki palatasının qətnamə layihəsi Dövlət Dumasına təqdim olunub.
“Report” xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının bəyanatı yayılıb.
Bəyanatda deyilir ki, Rusiya nümayəndə heyəti dəfələrlə ATƏT PA-nın rəhbər orqanlarının iclaslarında və işində bərabər şəkildə iştirak etmək imkanından məhrum edilib.
“Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları əmindirlər ki, öz xalqının iradəsini və maraqlarını ifadə edən parlamentarilərə münasibətdə ATƏT PA-nın tədbirlərində iştirakla bağlı məhdudiyyətlərin tətbiqi qəbuledilməzdir. İndiki şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi imkanı yoxdur. Bu səbəbdən Rusiya parlamentinin nümayəndə heyəti ATƏT PA-da iştirakını müvəqqəti dayandırır”, - sənəddə deyilir.
Qeyd edək ki, rəsmi Moskva ATƏT PA büdcəsinə ödənişləri hələ 2023-cü ilin aprelində dayandırıb.
“Rusiya ayrı-seçkilik yanaşmalarının aradan qaldırılması şərtilə struktur daxilində işə qayıtmağa hazırdır”, - sənədin müəllifləri qeyd ediblər.
Qərar qəbul edildiyi gündən qüvvəyə minir.