Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ sammiti Kiyevə 50 milyard dollarlıq kreditin ayrılması üçün tədbirləri təsdiqləməyib

© AFP 2024 / DANIEL MUNOZ dollar
 dollar - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Qərb ölkələrinin Rusiya aktivlərini ələ keçirmək cəhdləri oğurluq olacaq və cəzasız qalmayacaq.
BAKI, 28 iyun — Sputnik. Aİ sammitində Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə 50 milyard dollar kreditin verilməsi ilə bağlı tədbirlər razılaşdırılmayıb.
Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel sammitin yekun mətbuat konfransında bildirib.
"Böyük yeddilikdə biz Ukraynaya daha 50 milyard dollar ayıracağımıza söz vermişdik. Əminəm ki, yaxın həftələrdə biz Ukraynaya bu yardım paketini təqdim etmək üçün mühüm qərarlar qəbul edəcəyik", – Mişel izah edib.
"TASS" xəbər verib ki, bu məsələ ilə bağlı müzakirələrin yaxın həftələrdə də davam etdiriləcəyi qeyd edilib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də bu kreditin birinci hissəsinin "ilin sonuna qədər" Kiyevə veriləcəyinə ümid etdiyini bildirib.
Əvvəllər bildirilirdi ki, Ukrayna Rusiya aktivlərindən əldə etdiyi mənfəət hesabına G7 və Aİ-dən kredit ala bilər.
Qeyd olunub ki, Rusiyanın aktivləri müsadirə olunarsa, G7 ölkələri, demək olar ki, 83 milyard dollar itirə bilərlər.
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Qərb ölkələrinin Rusiya aktivlərini ələ keçirmək cəhdləri oğurluq olacaq və cəzasız qalmayacaq.
Sammitin nəticələrinə əsasən Avropa dövlətləri və Avropa İttifaqının hökumət başçıları Ukraynaya hərbi yardımın həcminin intensivləşdirilməsinin zəruriliyini bəyan ediblər.
Xəbər lenti
0