Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiçik Kennedi Sevastopolun atəşə tutulmasını ABŞ tərəfindən "müharibə aktı" adlandırıb

© AP Photo / Meg KinnardKiçik Robert Kennedi
Kiçik Robert Kennedi  - Sputnik Azərbaycan, 1920, 27.06.2024
Abunə olmaq
ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi bildirib ki, Krımda çimərliyin atəşə tutulmasını izah edən söz terrorizmdir.
BAKI, 27 iyun — Sputnik. Krımda çimərliyin atəşə tutulması terrorizm və ABŞ-ın Rusiya mülkilərinə qarşı "müharibə aktı"dır. Bunu ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi bildirib.
"Bunu izah edən söz terrorizmdir. Bu, ABŞ-ın Rusiyanın mülki əhalisinə qarşı müharibə aktıdır" - o, X* sosial şəbəkəsində yazıb.
Kiçik Kennedi qeyd edib ki, yalnız Amerika Birləşmiş Ştatları Konqresinin "müharibə elan etmək" səlahiyyəti var.
O, ABŞ qanunvericilərini "zəifləmiş Prezident Baydeni idarə edən nəzarətdən kənar və ehtiyatsız şahinləri" dayandırmağa çağırıb.
Siyasətçi vurğulayıb ki, ABŞ raket buraxılış qurğusu Rusiyanın Krımı üzərində, təxminən altı raket partladıb və kasetli sursatları "səpələyib".
Xatırladaq ki, iyunun 23-də Ukrayna Silahlı Qüvvələri Amerikanın ATACMS raketlərindən istifadə etməklə Sevastopola hücum edib. İkisi uşaq olmaqla 4 nəfər həlak olub, 150-dən çox insan yaralanıb.
Bundan əvvəl Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin BMT-ni Ukrayna Silahlı Qüvvələrinin Sevastopola endirdiyi zərbəni qiymətləndirməyə çağırdığı bildirilib.
16.11.23, 08:01
Rusiyanı zəiflətmək ABŞ-ın maraqlarına ziddir - Kennedi
Rusiyanı zəiflətmək ABŞ-ın maraqlarına ziddir.
Bunu ABŞ liderliyinə namizəd kiçik Robert Kennedi bildirib. "Responsible Statecraft" bu barədə yazıb.
Nəşrə şərhində siyasətçi qeyd edib ki, Vaşinqtonun hazırkı strategiyası yanlışdır. ABŞ Rusiya tərəfinin zəiflədilməsinin guya onun milli maraqlarını təmin etdiyini düşünür.
"Bu fikir düzgün deyil. Zəif və qeyri-sabit Rusiya bizim təhlükəsizliyimizə fayda verməyəcək, yalnız bizə zərər verəcək", - deyə o, sözünü yekunlaşdırıb.
ABŞ prezidentliyinə namizədlər Marianna Uilyamson və Kornel Uest də nəşrə müsahibələrində Vaşinqton üçün Ukraynadakı münaqişəni dayandırmağın daha sərfəli olacağına dair fikirlərini bildiriblər. ABŞ-ın yeni Ukrayna Prezidenti Vladimir Zelenskini danışıqlar masasına oturtmalı olacaq.
Bundan əvvəl də kiçik Kennedi NATO-nun Rusiya ilə birbaşa hərbi münaqişəyə tab gətirə bilməyəcəyi fikrini irəli sürmüşdü.
Xəbər lenti
0