Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Hovuz və akvaparkların suyu təmizlənirmi? Bu obyektlər GEM-lərin nəzarətindən çıxıb

© AP Photo / Emrah GurelHovuzda istirahət edən qadın
Hovuzda istirahət edən qadın - Sputnik Azərbaycan, 1920, 27.06.2024
Abunə olmaq
Yalnız "Dalga Beach" istirahət mərkəzindən Sputnik Azərbaycan-a bildiriblər ki, hovuzlarda filterasiya sistemi işləyir. Sanitar həkim tərəfindən hovuzların təmizliyinə gündəlik nəzarət edilir.
BAKI, 27 iyun — Sputnik. "Dənizkənarı istirahət mərkəzləri, hovuz və akvaparklar özəl sahibkarlıq obyektləri olduğu üçün həmin müəssisələrinin təmizliyinə obyektlərin sanitar həkimləri nəzarət edir. Belə məkanlarda yalnız vətəndaşların şikayəti əsasında hovuz suyunun kimyəvi-bakterioloji müayinəsi aparıla bilər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov söyləyib. O, bildirib ki, aquaparklarda, açıq hovuzlarda sanitar-gigiyenik tələblərə əməl edilib-edilməməsi barədə həmin məkanların sanitar həkimləri məlumatlıdır.
© Photo : REPORT IAGigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov  - Sputnik Azərbaycan, 1920, 26.06.2024
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov
Qeyd edək ki, çimərlik mövsümünün başlaması hovuz və akvaparkların sanitar-gigiyenik vəziyyətini aktuallaşdırıb. Ötən mövsüm belə istirahət mərkəzlərində hovuzlarda nəcisin olduğunu əks etdirən görüntülərin yayılması əhali arasında ciddi narahatlıq yaratmışdı. Çünki, açıq hovuzların, xüsusilə akvaparkların əsas müştəriləri azyaşlı uşaqlar və yeniyetmələr olur.
Z.Kazımov Sputnik Azərbaycan-a bildirib ki, RGEM heç bir dənizkənarı sahibkarlıq subyektində planlı yoxlama aparmır. Yalnız müraciət olarsa müqavilə bağalanaraq xidmət göstərilə bilər.
Akvapark və açıq hovuzların çoxu Səbail rayonu, Şıxov istiqamətində olduğundan, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Buradan bildirdilər ki, ərazidəki heç bir istirahət mərkəzi onlarla hovuzların təmizlənməsi üçün müqavilə bağlamayıb. Həmin obyektlər sahibkarlıq subyekti olduğundan, rayon GEM-i heç bir yoxlama apara bilmir.
Dənizkənarında yerləşən, açıq hovuz və akvapark xidmətləri göstərən məkanlardan də suallarımıza cavab verməkdən yayındılar. Əlaqə saxladığımız əksər dənizkənarı istirahət mərkəzləri və akvaparklardan rəhbərlik yerində olmadığından suallarımıza cavab verən olmadı.
Yalnız "Dalga Beach" istirahət mərkəzindən Sputnik Azərbaycan-a bildirdilər ki, hovuzlarda filterasiya sistemi işləyir. Sanitar həkim tərəfindən hovuzların təmizliyinə gündəlik nəzarət edilir. Həmçinin filter sistemi vasitəsilə su daim yenilənir. Ona görə də, suyun çirklənməsi mümkün deyil. Bundan əlavə də su dezinfeksiya edilir, hər gün xlorlanır.
RGEM-indən isə bildirdilər ki, açıq və qapalı hovuzlarda sanitar-gigiyenik tələblər var. Həmin şərtlərdən birincisi hovuz sularının içməli su olmasıdır.
Qaydalara görə, hovuz suyuna qaydalara uyğun xlor vurulmalıdır. Bu, suyun tərkibindəki bakteriyaları məhv etmək üçündür. Suya xlorun normadan artıq qatılmasına da yol verilmir. Hovuz suyunda xlorun səviyyəsi, qüvvədə olan normalara görə, hər bir ton suya 0.3-0.5 mq, suyun pH dəyəri isə 7.2-7.6 olmalıdır. Hovuz suyuna xlorun az, yaxud çox qatılması hovuzda çimən insanın orqanizmi üçün fəsad verə bilər. Bu zaman hovuzda çimən insanın gözlərinin qızarması kimi hallara rast gəlinə bilər. Əgər hovuz suyuna tələb olunan miqdarda xlor vurulmazsa, suda bakteriyalar, bağırsaq çöpləri oradan istifadə edən insanlarda mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər. Hovuz suyunda bağırsaq çöpü, bakteriyalar olarsa, eləcə də "koli əmsalı" normadan çox olarsa, mədə-bağırsaq pozğunluğuna, ishal hallarına gətirib çıxara bilər.
Tanınmış pediatr Vaqif Qarayev də yay fəslində uşaqlarını əyləncə üçün akvaparklara, açıq hovuza aparan valideynlərə diqqətli olmağı tövsiyyə edib. O, bildirib ki, uşaqların çimdiyi hovuzlara nəzarət ikiqat artıq olmalıdır. Çünki, uşaqlar bilmədən təbii ehtiyaclarını suda edə bilərlər. Bu isə, uşaqlar arasında bağırsaq çöplərinin yayılmasına səbəb ola bilər.
© © Vaqif Qarayevin şəxsi arxivindənVaqif Qarayev
Vaqif Qarayev - Sputnik Azərbaycan, 1920, 26.06.2024
Vaqif Qarayev

"Valideynlər uşağı yay əyləncə-istirahət mərkəzlərinə apardıqda mütləq şəkildə həmin hovuzlarda suyun gündə neçə dəfə təmizləndiyini dəqiqləşdirməlidirlər. Hovuza yaxınlaşdıqda sudan xlor qoxusu gəlirsə, bu hovuzun təmizləndiyini göstərir. Suya xlorun norma daxilində vurulması durğun su hövzələrinin sanitar-gigiyenik tələblərindəki əsas şərtlərdəndir. Əks halda belə hovuzlarda çimən uşaqlar bağırsağı pozan bütün bakteriyalara yoluxa bilərlər. Hovuzda uşaqlar kütləvi şəkildə əyləndiklərindən, bakteriyanın olması bütün uşaqların bu virusa yoluxmasına səbəb ola bilər", - Vaqif Qarayev bildirib.

Mütəxəssis əlavə edib ki, təmizlənməyən hovuz və akvaparklarda salmonella və dizenteriyaya yoluxma halları mümkündür:
"Uşaqlar mədə-bağırsaq xəstəlikləri ilə yanaşı, dəri xəstəliklərinə, gözün selikli qişasının zədələnməsi kimi xəstəliklərə yoluxa bilərlər.
Məlumat üçün onu da bildirək ki, bu mövsümdən paytaxtdakı əksər dənizkənarı istirahət mərkəzləri, akvaparklar qiymətləri bahalaşdırıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, ötən mövsüm girişi 20 manat olan hovuzlu istirahət mərkəzləri qiymətləri 10-20 manat bahalaşdırıb. Hətta bəziləri girişdə depozit də tətbiq edib.
Belə ki, "Sea Breeze hotel" istirahət mərkəzinə giriş qiyməti bu mövsüm 50 manat olub. "Spring Hotel" -də isə qiymətlər 30 manata qalxıb.
"Dalga Beach"ə də girişin qiyməti isə 30 manat olub. Həftəsonu isə qiymət 40 manata qalxır. Halbuki, ötən mövsüm buraya giriş qiyməti 20 manat təşkil edirdi.
"Bilgah Beach Hotel"də qiymət 45 manatdır. Ötən il isə qiymətlər 25-30 manat civarında olub. Dənizkənarında yerləşən, hovuzlu istirahət mərkəzləri qiyməti artırmaqla yanaşı, içəriyə yemək keçirilməsinə də qadağa tətbiq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0