Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və İran rəhbərliyi bunları müzakirə ediblər

© Depositphotos.com / AaelboeollosyRusiya və İran bayraqları, arxiv
Rusiya və İran bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 26.06.2024
Abunə olmaq
Rusiya lideri Putinin İran xalqına prezident seçkilərinin uğurlu keçməsini arzulayıb.
BAKI, 26 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin İranın icra başçısı vəzifəsini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, arxiv
Президент РФ Владимир Путин во время встречи в режиме видеоконференции, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.06.2024
Rusiya prezidenti Vladimir Putin, arxiv

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə İran İslam Respublikasının İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Məhəmməd Möhbər arasında telefon danışığı olub. Bütün əsas istiqamətlər üzrə gələcək qarşılıqlı faydalı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib”, - məlumatda bildirilir.

Həmçinin bildirilir ki, Putin və Möhbər enerji sektorunda Rusiya ilə İran arasında qarşılıqlı fəaliyyətin uğurunu və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini qeyd ediblər.
© AFP 2024 / ATTA KENAREMəhəmməd Möhbər
Мохамммад Мохбер, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.06.2024
Məhəmməd Möhbər
Bundan əlavə, Putinin İran xalqına prezident seçkilərinin uğurlu keçməsini arzuladığı və dostluq münasibətlərinin inkişaf edəcəyinə əminliyini ifadə etdiyi vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0