Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Dağıstandakı terror aktı ilə Rusiyanı zəiflətməyə çalışıb - Türkiyəli ekspert

© Sputnik / Mediabanka keçidDağıstandakı terror aktı
Dağıstandakı terror aktı - Sputnik Azərbaycan, 1920, 26.06.2024
Abunə olmaq
Ekspertin fikrincə, terrorizmin böyüməsi ilə bağlı vəziyyətə silahlılar arasında toqquşmaların baş verdiyi Suriyanın şimalında qeyri-sabit vəziyyət, həmçinin Ukraynaya, Fransa və Almaniyadan verilən dəstək təsir göstərir.
BAKI, 26 iyun — Sputnik. Dağıstandakı terror aktı Qərbin Moskvanı zəiflətmək məqsədilə həyata keçirdiyi silsilə addımlardan biridir. Bunu təhlükəsizlik üzrə ekspert, Türkiyə Demokratik Partiyasının (DP) rəhbərliyinin üzvü Mustafa Boqurcu RİA Novosti-yə bildirib.
Ekspertin fikrincə, terrorizmin böyüməsi ilə bağlı vəziyyətə silahlılar arasında toqquşmaların baş verdiyi Suriyanın şimalında qeyri-sabit vəziyyət, həmçinin Ukraynaya, Fransa və Almaniyadan verilən dəstək təsir göstərir.

"ABŞ, Fransa və Almaniya Ukraynanı dəstəkləyir və Rusiyanı zəiflətmək üçün münaqişəni uzatmağa çalışırlar, bu kontekstdə Vaşinqtonun Suriyanın şimalındakı terror qruplaşmalarının Mərkəzi Asiyadakı qollarından istifadə etmə ehtimalı var və Yaxın Şərqin Moskvaya təzyiq göstərməsi son dərəcə yüksəkdir", - Boqurcu bildirib.

O qeyd edib ki, Qərb ölkələri Moskvanı və Rusiya iqtisadiyyatını zəiflətmək metodu kimi Kiyevi silahla doldurmaqda davam edir.
"Moskvanı daxili auditoriyası qarşısında zəiflətmək üçün Qərb açıq şəkildə terror hücumlarından istifadə edir - həm İslam Dövlətinin (Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması - red.) məsuliyyəti öz üzərinə götürdüyü Krokusda, həm də Dağıstanda bu, aydın şəkildə izlənilə bilən strategiyadır", - ekspert qeyd edib.
Suriyanın şimalının əhəmiyyətli bir hissəsi rəsmi Suriya hakimiyyətinin nəzarətindən kənarda qalır.
İyunun 23 Dərbənd və Mahaçqalada silahlılar iki pravoslav kilsəsinə, iki sinaqoqa və yol polisi postuna hücum edib, terror aktları ilə bağlı cinayət işi açılıb. Son məlumatlara görə, hücumlarda 20 nəfər həlak olub, qurbanların sayı isə 46-ya yüksəlib. Bölgədə 24, 25 və 26 iyun matəm günü elan edilib. Təhlükəsizlik qüvvələri bu terror aktlarında iştirak edən 5 silahlını məhv edib, onların şəxsiyyəti müəyyən edilib.
Moskva yaxınlığındakı "Crocus City Hall" binasına hücum edən terrorçuların hərəkətləri Əfqanıstanda olan Vilayət Xorasan qrupunun (Rusiya Federasiyasında qadağan edilmiş İŞİD terror təşkilatının Əfqanıstan qanadına mənsub) üzvləri tərəfindən həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0