Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya sülh təşəbbüsü Ukraynadakı münaqişəni dayandırmağa qadirdir - Putin

© Sputnik / Sergei Savostyanov / POOL / Mediabanka keçid Rusiya Prezidenti Vladimir Putin
 Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 25.06.2024
Abunə olmaq
Putin əmin olduğunu bildirib ki, oxunuşlar zamanı Rusiyanın Ukrayna böhranının sülh yolu ilə həlli təklifinə lazımi diqqət yetiriləcək.
BAKI, 25 iyun — Sputnik. Rusiyanın irəli sürdüyü sülh təşəbbüsü Ukraynadakı münaqişəni dayandırmağa və onun həllini diplomatik istiqamətə keçirməyə qadirdir. Rusiya Prezidenti Vladimir Putin X Primakov oxunuşlarının iştirakçılarına təbrikində bunu vurğulayıb, onun müraciətini dövlət başçısının köməkçisi Yuri Uşakov oxuyub.
Putin əmin olduğunu bildirib ki, oxunuşlar zamanı Rusiyanın Ukrayna böhranının sülh yolu ilə həlli təklifinə lazımi diqqət yetiriləcək.
"Ümid edirəm ki, irəli sürdüyümüz təşəbbüsün mahiyyətinə belə varmaq istəməyən bir çox qərb siyasətçilərindən fərqli olaraq, forum iştirakçıları onun nəzərdən keçirilməsinə rasional yanaşacaq və münaqişəni dayandırmaq və onun siyasi və diplomatik həllinə keçməyin mümkünlüyünü təmin etdiyini görə biləcəklər" - Rusiya Federasiyasının Prezidenti vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Ukrayna ilə danışıqlar üçün şərtləri açıqlayıb. O bildirib ki, Ukrayna qoşunları "Donetsk və Luqansk xalq respublikaları"nın bütün ərazisindən, Zaporojye və Xerson vilayətlərindən çıxarılmalıdır, o zaman Rusiya danışıqlara hazır olacaq.
"Ukrayna qoşunları Donetsk, Luqansk xalq respublikaları, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır. Mən buna diqqəti cəlb edirəm: bu vilayətlərin Ukraynaya daxil olduğu zaman mövcud olan inzibati sərhədləri daxilində Kiyev belə bir qərara hazır olduğunu bəyan edən və bu bölgələrdən qoşunların real çıxarılmasına başlayan, həmçinin NATO-ya daxil olmaq planlarından imtina barədə rəsmi məlumat verən kimi bizim tərəfimizdən dərhal atəşkəs elan ediləcək və danışıqlara başlanması barədə əmr veriləcək", - dövlət başçısı qeyd edib.
Xəbər lenti
0