https://sputnik.az/20240625/ermenistanin-siyasi-vektoru-getdikce-daha-cox-qerbe-meyl-edir---overcuk-465604870.html
Ermənistanın siyasi vektoru getdikcə daha çox Qərbə meyl edir - Overçuk
Ermənistanın siyasi vektoru getdikcə daha çox Qərbə meyl edir - Overçuk
Sputnik Azərbaycan
Bir ölkənin Rusiyaya yaxınlıqdan əldə etdiyi faydalar təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyimiz qiymət kimi qəbul edilməlidir. 25.06.2024, Sputnik Azərbaycan
2024-06-25T22:08+0400
2024-06-25T22:08+0400
2024-06-25T22:08+0400
aleksey overçuk
rusiya
ermənistan
qərb
qərb
qərb
forum
çıxış
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437294562_0:153:3083:1887_1920x0_80_0_0_13e32173c47d8ce2d83eb67097ef9772.jpg
BAKI, 25 iyun — Sputnik. Aİ və Aİİ ziddiyyət təşkil edir və regiondankənar oyunçuların Ermənistana gəlişinin nəticələri olacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk X "Primakov oxumaları" beynəlxalq elmi-ekspert forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın siyasi vektoru getdikcə daha çox Qərbə meyl edir. "Ermənistan baş naziri müsahibələrindən birində yarı zarafatla demişdi ki, özü üçün seçim etmək imkanı olsaydı, nə vaxt Aİ-yə daxil olacağı ilə bağlı sualı cavablandırardı. Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi ilə bağlı da müzakirələr aparılır", - Overçuk xatırladıb. O, Ermənistan cəmiyyətində Rusiyaya qarşı müəyyən narazılıqları da diqqətə çatdırıb. "Bir ölkənin Rusiyaya yaxınlıqdan əldə etdiyi faydalar təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyimiz qiymət kimi qəbul edilməlidir", - Overçuk bildirib. Bir müddət əvvəl Avropaya inteqrasiya komissiyasının rəhbəri Arman Eqoyan Aİ-yə üzvlüklə bağlı referendumla bağlı dinləmələrdə bildirmişdi ki, Ermənistan kimi kiçik ölkə üçün Avropa İttifaqına üzvlük açıq şəkildə faydalıdır və sual yalnız bu məqsədə çatmağın yolundan asılıdır. Xatırladaq ki, 2023-cü ilin oktyabrında baş nazir Nikol Paşinyan Avropa Parlamentində çıxış edərkən Ermənistanın Aİ-nin mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxın olmağa hazır olduğunu bildirmişdi.
qərb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437294562_6:0:2735:2047_1920x0_80_0_0_c75bc2440ea4793e6f5041fdffe867f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aleksey overçuk, ermənistan, qərb, qərb, qərb, forum, çıxış
aleksey overçuk, ermənistan, qərb, qərb, qərb, forum, çıxış
Ermənistanın siyasi vektoru getdikcə daha çox Qərbə meyl edir - Overçuk
Bir ölkənin Rusiyaya yaxınlıqdan əldə etdiyi faydalar təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyimiz qiymət kimi qəbul edilməlidir.
BAKI, 25 iyun — Sputnik. Aİ və Aİİ ziddiyyət təşkil edir və regiondankənar oyunçuların Ermənistana gəlişinin nəticələri olacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk X "Primakov oxumaları" beynəlxalq elmi-ekspert forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın siyasi vektoru getdikcə daha çox Qərbə meyl edir.
"Ermənistan baş naziri müsahibələrindən birində yarı zarafatla demişdi ki, özü üçün seçim etmək imkanı olsaydı, nə vaxt Aİ-yə daxil olacağı ilə bağlı sualı cavablandırardı. Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi ilə bağlı da müzakirələr aparılır", - Overçuk xatırladıb.
O, Ermənistan cəmiyyətində Rusiyaya qarşı müəyyən narazılıqları da diqqətə çatdırıb.
"Bir ölkənin Rusiyaya yaxınlıqdan əldə etdiyi faydalar təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyimiz qiymət kimi qəbul edilməlidir", - Overçuk bildirib.
Bir müddət əvvəl Avropaya inteqrasiya komissiyasının rəhbəri Arman Eqoyan Aİ-yə üzvlüklə bağlı referendumla bağlı dinləmələrdə bildirmişdi ki, Ermənistan kimi kiçik ölkə üçün Avropa İttifaqına üzvlük açıq şəkildə faydalıdır və sual yalnız bu məqsədə çatmağın yolundan asılıdır.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında baş nazir Nikol Paşinyan Avropa Parlamentində çıxış edərkən Ermənistanın Aİ-nin mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxın olmağa hazır olduğunu bildirmişdi.