Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BRİKS ədalətli dünya nizamının qurulması üçün lokomotivə çevrilir - Putin

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBRİKS
BRİKS  - Sputnik Azərbaycan, 1920, 25.06.2024
Abunə olmaq
Rusiya 2024-cü ildə BRİKS-ə sədrlik edir. Assosiasiyanın sammitinin oktyabrda Kazanda baş tutacağı gözlənilir.
BAKI, 25 iyun — Sputnik. BRİKS bu gün ədalətli, bərabər və diktədən azad dünya nizamı qurmaq üçün lokomotivə çevrilir. Bunu Rusiya prezidenti Vladimir Putin Primakov oxunuşunun onuncu ildönümünün iştirakçılarına təbrikində qeyd edib.
"Şübhə etmirəm ki, siz dünya əksəriyyətinin maraqlarını təmsil edən və bu il Rusiyanın sədrlik etdiyi BRİKS-in rolunu və gələcək inkişaf perspektivlərini də nəzərdən keçirəcəksiniz. Məhz BRİKS diktədən və zorakı təzyiqdən azad, həqiqi bərabərlik prinsiplərinə əsaslanan ədalətli və demokratik nizamın qurulmasında lokomotiv rolunu oynayır", - dövlət başçısı qeyd edib.
Rusiya 2024-cü ildə BRİKS-ə sədrlik edir. Assosiasiyanın sammitinin oktyabrda Kazanda baş tutacağı gözlənilir.
Xəbər lenti
0