Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Boqdanov HƏMAS Siyasi Bürosunun üzvü ilə nə danışıb?

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidRusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, arxiv şəkli
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.06.2024
Abunə olmaq
Qeyd edilib ki, görüş zamanı əsas diqqət davam edən hərbi əməliyyatlar fonunda humanitar böhranın fəlakətli həddə çatdığı Qəzza zolağındakı vəziyyətə yönəldilib.
BAKI, 25 iyun — Sputnik. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk ilə görüşdə ötən il oktyabrın 7-də baş vermiş hücumlar zamanı əsir götürülən iki Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini bəyan edib.
"Rusiya tərəfi 2023-cü il oktyabrın 7-də baş vermiş hücumlar zamanı əsir götürülmüş və iki Rusiya vətəndaşı Aleksandr Lobanov və Aleksandr Trufanov da daxil olmaqla, Fələstin qruplaşmaları tərəfindən saxlanılan mülki şəxslərin tezliklə azad edilməsinin vacibliyini vurğulayıb", - nazirliyin yaydığı bəyanatda deyilir.
Həmçinin, qeyd edilib ki, görüş zamanı əsas diqqət davam edən hərbi əməliyyatlar fonunda humanitar böhranın fəlakətli həddə çatdığı Qəzza zolağındakı vəziyyətə yönəldilib.
Tərəflər Fələstin milli birliyinin bərpası perspektivləri məsələsini də müzakirə ediblər.
"Mixail Boqdanov Rusiya diplomatiyasının Fələstinin aparıcı siyasi qüvvələrinin və hərəkatlarının Fələstin Azadlıq Təşkilatı platformasında konsolidasiyasını davam etdirməyə hazır olduğunu təsdiqləyib", - bəyanatda deyilir.
Xəbər lenti
0