Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 111 nəfərə çatıb

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2024
Abunə olmaq
Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasimin sahibi Mahir Cəfərov deyib ki, ehsan verilən qidaların hamısı bazar və dükanlardan alınıb.
BAKI, 11 avqust — Sputnik. Gəncədə yas mərasimində zəhərlənənlərin sayı yenə də artıb.
Xəstələrin bəziləri xəstəxanaya yerləşdirilib.
Yas mərasimdə iştirak edən 111 nəfərin zəhərləndiyi qeyd olunur.
***
Yas mərasimində verilən məhsulların, qidaların hamısı bazardan, dükandan alınıb.
Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasimin sahibi Mahir Cəfərov bu barədə Reporta danışıb.
O, qeyd edib ki, hadisə qardaşının yas mərasimində baş verib: “Dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar qoyulmuşdu”.
“Yeməkdən sonra yaxınlarım da özünü narahat hiss etdi. Məhsulların hamısı bazardan, dükandan alınıb. Aidiyyəti qurumların əməkdaşları gəlib hər qidadan analiz üçün nümunələr götürdülər. Yaxın günlərdə zəhərlənmənin hansı qidadan baş verdiyini araşdırıb deyəcəklər" - M.Cəfərov deyib.
Qeyd edək ki, yas mərasimində zəhərlənənlərin sayı 100 nəfəri ötüb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
***
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Gəncədə yas mərasimində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinindən bildirilib.
Qeyd olunub ki, agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunublar.
Qeyd edək ki, Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Yas mərasimlərin birində 75-dən çox qonaq zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
***
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə şəhərdə keçirilən yas mərasimlərin birində baş verib. Belə ki, 40 nəfərdən çox vətəndaş zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.
Report isə Göygöl rayonunun Toğanalı kəndində yerləşən restonların birində kütləvi zəhərlənmənin baş verdiyi barədə məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə Göygöl Rayon Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub. Zərərçəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
Ehtimala görə, zəhərlənməyə qonaqların gətirdiyi qida səbəb olub. Zəhərlənənlərin sayı 5 nəfərdən çoxdur.
Qeyd edək ki, həmin məkan qonaqlara yemək vermir.
Faktla bağlı araşdırma aparılır.
25.06.24, 13:00
Ağstafada toyda zəhərlənənlərin son durumu necədir? TƏBİB açıqladı
Ağstafada toy mərasimində zəhərlənənlər xəstəxanadan evə buraxılıblar. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, sözügedən hadisə ilə bağlı müalicəsini xəstəxanada davam etdirən şəxslərin hər biri evə buraxılıb.
Qeyd edək ki, 22.06.2024-cü il tarixində Ağstafada şadlıq saraylarından birində keçirilən toy mərasimində kütləvi zəhərlənmə olmuşdu. Axşam saat 19:07-dən başlayaraq zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdi.
Xəbər lenti
0