https://sputnik.az/20240624/yuk-ve-yanacaq-dasiyan-masinlarin-paytaxta-giris-ve-hereket-vaxti-aciqlanib-457647069.html
Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti dayandırıldı
Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti dayandırıldı
Sputnik Azərbaycan
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. 24.06.2024, Sputnik Azərbaycan
2024-06-24T12:20+0400
2024-06-24T12:20+0400
2024-06-24T12:59+0400
bakı
paytaxt xəbərləri
yük maşını
yük avtomobili
yanacaq
avtomobil
https://cdnn1.img.sputnik.az/img/41959/76/419597699_0:84:1600:984_1920x0_80_0_0_01fbed64fcca5ba4c5426f63bd6464c5.jpg
BAKI, 24 iyun - Sputnik. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. 12.08.23, 17:56Yük və yanacaq daşıyan maşınların paytaxta giriş və hərəkət vaxtı açıqlanıbBakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) paytaxtda yük avtomobillərinin hərəkəti ilə bağlı məsələlərə münasibət bildirib.İdarədən verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində yük avtomobillərinin paytaxtda hərəkətinin məhdudlaşdırılması ilə bağlı bir qrup sürücünün narazılıqlarını əks etdirən iddialar yayılıb.İddialara cavab olaraq, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Bakı şəhərində yaranan nəqliyyat sıxlığının qarşısının alınması, yolların buraxılış imkanlarının artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2022-ci ilin oktyabr ayından xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla digər yük avtomobillərinin yalnız müəyyən edilən saat çərçivəsində hərəkətinə icazə verilir.İcazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07.00-dan 22.00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə saat 06.00-dan 00.00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır.Qeyd olunan qaydalara əməl olunması ilə bağlı paytaxt ərazində nəzarət-profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41959/76/419597699_90:0:1511:1066_1920x0_80_0_0_816289cc0082dda412106d08c5aaffec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, yük maşını, yük avtomobili, yanacaq, avtomobil
bakı, yük maşını, yük avtomobili, yanacaq, avtomobil
Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti dayandırıldı
12:20 24.06.2024 (Yenilənib: 12:59 24.06.2024) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
BAKI, 24 iyun - Sputnik. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Yük və yanacaq daşıyan maşınların paytaxta giriş və hərəkət vaxtı açıqlanıb
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) paytaxtda yük avtomobillərinin hərəkəti ilə bağlı məsələlərə münasibət bildirib.
İdarədən verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində yük avtomobillərinin paytaxtda hərəkətinin məhdudlaşdırılması ilə bağlı bir qrup sürücünün narazılıqlarını əks etdirən iddialar yayılıb.
İddialara cavab olaraq, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Bakı şəhərində yaranan nəqliyyat sıxlığının qarşısının alınması, yolların buraxılış imkanlarının artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2022-ci ilin oktyabr ayından xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla digər yük avtomobillərinin yalnız müəyyən edilən saat çərçivəsində hərəkətinə icazə verilir.
İcazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07.00-dan 22.00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə saat 06.00-dan 00.00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır.
Qeyd olunan qaydalara əməl olunması ilə bağlı paytaxt ərazində nəzarət-profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.