https://sputnik.az/20240624/rusiya-tezlikle-a-ye-qarsi-goreceyi-cavab-tedbirlerini-aciqlayacaq---zaxarova-465577043.html
Rusiya tezliklə Aİ-yə qarşı görəcəyi cavab tədbirlərini açıqlayacaq - Zaxarova
Rusiya tezliklə Aİ-yə qarşı görəcəyi cavab tədbirlərini açıqlayacaq - Zaxarova
Sputnik Azərbaycan
Aİ Şurasının bəyanatında deyilir ki, qadağa bu media və onların əməkdaşlarının Avropa Birliyində araşdırmalar aparmasına, müsahibələr almasına və digər... 24.06.2024, Sputnik Azərbaycan
2024-06-24T19:13+0400
2024-06-24T19:13+0400
2024-06-24T19:13+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
mariya zaxarova
vladimir putin
rusiya prezidenti vladimir putin
avropa ittifaqı
sanksiya
sanksiyalar
rusiya əleyhinə sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060959_0:0:3041:1711_1920x0_80_0_0_50c6c9e6c681499d15fbe4251ad9dd4a.jpg
BAKI, 24 iyun — Sputnik. Moskva Avropa İttifaqında (Aİ) Rusiya mediasına çıxışı məhdudlaşdırmaq üçün sanksiyalarına əks tədbirlər hazırlayıb. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Bundan əvvəl Aİ Şurası birlik ölkələrində üç Rusiya KİV-inə - RİA Novosti agentliyinə, "İzvestiya" və "Rossiyskaya qazeta" qəzetlərinə, həmçinin Praqada yerləşən "Avropanın səsi" portalına çıxışın məhdudlaşdırılması barədə qərar qəbul edib. "Aİ-nin beynəlxalq hüquqi öhdəliklərinə sadiqliyinə ümid etməyin əbəs olduğunu anlayan Moskva cavab tədbirləri hazırlayıb və bu tədbirlər yaxın vaxtlarda açıqlanacaq", - diplomat bildirib. Aİ Şurasının bəyanatında deyilir ki, qadağa bu media və onların əməkdaşlarının Avropa Birliyində araşdırmalar aparmasına, müsahibələr almasına və digər fəaliyyətləri həyata keçirməsinə mane olmayacaq. Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 116 fiziki və hüquqi şəxsi əhatə edən 14-cü sanksiyalar paketini qəbul edib. Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə yeni məhdudiyyətlər də bu sıradadır. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060959_146:0:2875:2047_1920x0_80_0_0_59161e963d4dae974dc173b7593ae4ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, vladimir putin, rusiya prezidenti vladimir putin, avropa ittifaqı, sanksiya, sanksiyalar, rusiya əleyhinə sanksiyalar
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, vladimir putin, rusiya prezidenti vladimir putin, avropa ittifaqı, sanksiya, sanksiyalar, rusiya əleyhinə sanksiyalar
Rusiya tezliklə Aİ-yə qarşı görəcəyi cavab tədbirlərini açıqlayacaq - Zaxarova
Aİ Şurasının bəyanatında deyilir ki, qadağa bu media və onların əməkdaşlarının Avropa Birliyində araşdırmalar aparmasına, müsahibələr almasına və digər fəaliyyətləri həyata keçirməsinə mane olmayacaq.
BAKI, 24 iyun — Sputnik. Moskva Avropa İttifaqında (Aİ) Rusiya mediasına çıxışı məhdudlaşdırmaq üçün sanksiyalarına əks tədbirlər hazırlayıb. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Bundan əvvəl Aİ Şurası birlik ölkələrində üç Rusiya KİV-inə - RİA Novosti agentliyinə, "İzvestiya" və "Rossiyskaya qazeta" qəzetlərinə, həmçinin Praqada yerləşən "Avropanın səsi" portalına çıxışın məhdudlaşdırılması barədə qərar qəbul edib.
"Aİ-nin beynəlxalq hüquqi öhdəliklərinə sadiqliyinə ümid etməyin əbəs olduğunu anlayan Moskva cavab tədbirləri hazırlayıb və bu tədbirlər yaxın vaxtlarda açıqlanacaq", - diplomat bildirib.
Aİ Şurasının bəyanatında deyilir ki, qadağa bu media və onların əməkdaşlarının Avropa Birliyində araşdırmalar aparmasına, müsahibələr almasına və digər fəaliyyətləri həyata keçirməsinə mane olmayacaq.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 116 fiziki və hüquqi şəxsi əhatə edən 14-cü sanksiyalar paketini qəbul edib. Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə yeni məhdudiyyətlər də bu sıradadır.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.