Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya cavab tədbirləri görəcək - Lavrovun müavini

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidAleksandr Qruşko
Aleksandr Qruşko - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək.
BAKI, 24 iyun — Sputnik. Rusiya 14-cü anti-Rusiya sanksiyalar paketini diqqətlə təhlil edəcək və cavab tədbirləri görəcək.
Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Aİ öz iqtisadiyyatının vəziyyəti, vətəndaşların rifahı və təhlükəsizliyi üçün nəticələrindən asılı olmayaraq, siyasi, iqtisadi və hərbi eskalasiya yolu ilə gedir" - o, əlavə edib.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 116 fiziki və hüquqi şəxsi əhatə edən 14-cü sanksiyalar paketini qəbul edib. Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə yeni məhdudiyyətlər də bu sıradadır.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Xəbər lenti
0