Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Abituriyentlərə şad xəbər: Ali məktəblərə qəbul planı artırıldı

© Sputnik / Rahim MuradovLənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı
Lənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
2023/2024-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 55907 yer ayrılıb.
BAKI, 24 iyun — Sputnik. Qəbul planı ötən illə müqayisədə 7.87 faiz artırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Qeyd edilib ki, 2023/2024-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 55907 yer ayrılıb.
"Bunlardan 617 yeri qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (350 yer "ADA" Universitetinə SAT balına əsasən, 124 yer "ADA" Universitetinə "ADA" məktəbinin məzunu kimi qəbul olunanlar) tutub. Qalan yerlərdən 40568-i Azərbaycan bölməsi, 3537-si rus bölməsi, 11185-i isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planındakı 46066 yer dövlət, 9224 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün 26039 yer nəzərdə tutulub. Bunlardan 128 yeri qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tutub" - əlavə edilib.
14.06.24, 17:13
Qəbul imtahanında iştirak etmək istəyənlərin nəzərinə!
Qarşıdan gələn bayram günləri ilə əlaqədar I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat müddəti 19 iyun saat 23:59-dək uzadılıb.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər.
2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.
14 iyun saat 15:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 14926, II ixtisas qrupu üzrə 13059, III ixtisas qrupu üzrə 15514, IV istisas qrupu üzrə isə 3984 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0