https://sputnik.az/20240624/prezident-lham-eliyev-putine-ve-dagistan-respublikasinin-rehberine-bassagligi-verdi-465560071.html
Prezident İlham Əliyev Putinə və Dağıstan Respublikasının rəhbərinə başsağlığı verdi
Prezident İlham Əliyev Putinə və Dağıstan Respublikasının rəhbərinə başsağlığı verdi
Sputnik Azərbaycan
Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı. 24.06.2024, Sputnik Azərbaycan
2024-06-24T11:19+0400
2024-06-24T11:19+0400
2024-06-24T11:36+0400
prezident ilham əliyev
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
dağıstan
dağıstan respublikası
terror
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448085626_0:98:1340:852_1920x0_80_0_0_a315afb0a2bbbc0e5dcdac64dc516698.jpg
BAKI, 24 iyun — Sputnik. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu göndərib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə göndərilmiş məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç. Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı. Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram". Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubunun mətnində deyilir: "Hörmətli Sergey Alimoviç. Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram".Qeyd edək ki, bazar günü Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448085626_38:0:1303:949_1920x0_80_0_0_792c65ee227dfb28b8518dd8da2075b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, rusiya prezidenti vladimir putin, vladimir putin, dağıstan, dağıstan respublikası, terror
prezident ilham əliyev, rusiya prezidenti vladimir putin, vladimir putin, dağıstan, dağıstan respublikası, terror
Prezident İlham Əliyev Putinə və Dağıstan Respublikasının rəhbərinə başsağlığı verdi
11:19 24.06.2024 (Yenilənib: 11:36 24.06.2024) Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.
BAKI, 24 iyun — Sputnik. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu göndərib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə göndərilmiş məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.
Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram".
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubunun mətnində deyilir:
"Hörmətli Sergey Alimoviç.
Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram".
Qeyd edək ki, bazar günü Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur.