Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Terrora heç bir bəraət qazandırmaq olmaz - ŞƏT-dən Dağıstandakı insidentə reaksiya

© AFP 2024 / GREG BAKERŞƏT-ə üzv ölkələrin bayraqları
ŞƏT-ə üzv ölkələrin bayraqları - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi bildirib ki, şərin üç qüvvəsinə - terrorizm, separatizm və ekstremizmə qarşı barışmaz mübarizə ŞƏT-in prioritetlərindən biridir.
BAKI, 24 iyun - Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Min Dağıstanda baş verən terror aktları ilə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrova başsağlığı teleqramı göndərib.
ŞƏT-in teleqram kanalında dərc olunmuş məlumatda deyilir ki, Çjan Min Dağıstan Respublikasında keşişin, polis əməkdaşlarının və mülki şəxslərin, o cümlədən uşaqların ölümü ilə nəticələnən terror aktları ilə əlaqədar dərin və səmimi başsağlığı verir.
Baş katib vurğulayıb ki, terrora heç bir bəraət qazandırmaq olmaz.
"Şərin üç qüvvəsinə - terrorizm, separatizm və ekstremizmə qarşı barışmaz mübarizə ŞƏT-in prioritetlərindən biridir və bu cinayət hadisələrinin tamamilə aradan qaldırılması üçün qətiyyətlə səy göstəriləcək" - Çjang Min deyib.
İyunun 23-də Dərbənd və Mahaçqalada bir qrup terrorçu iki pravoslav kilsəsinə və iki sinaqoqa hücum edib. Dağıstanın rəhbəri Sergey Melikovun sözlərinə görə, bir neçə mülki şəxs də həlak olub, onların arasında 40 ildən artıq Dərbənddəki pravoslav kilsəsində xidmət etmiş Nikolay ata da var.
Son məlumatlara görə, Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb. Hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi başlanıb. Milli Antiterror Komitəsinin məlumatına görə, beş terrorçu zərərsizləşdirilib. Melikovun sözlərinə görə, 6 silahlı məhv edilib.
23.06.24, 23:57
Moskalkova Mahaçqala və Dərbənddəki terror aktlarını pisləyib
Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Mahaçqala və Dərbənddə törədilən terror aktlarını pislədiyini, terrorçuların layiqli cəzalarını alacaqlarına ümid etdiyini bildirib.

“Mən Mahaçqala və Dərbənddə günahsız insanların ölümü ilə nəticələnən terror aktlarını pisləyirəm, terrorçuların məqsədi bəllidir - Rusiya xalqlarını qorxutmaq, etnik və dini ədavəti qızışdırmaqdır. Ümidvaram ki, terrorçular layiq cəzasını alacaqlar”, - Moskalkova Telegram kanalında yazıb.

Bundan əlavə, federal ombudsman həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Rusiya Federasiyasının Milli Antiterror Komitəsindən RİA Novosti-yə verilən məlumata görə, bazar günü Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı hücumlar edilib. Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.
Terror aktları nəticəsində, ilkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub. Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.
Daha sonra RİA Novosti regional Daxili İşlər Nazirliyinə istinadən bildirib ki, 7-si hüquq-mühafizə orqanı əməkdaşı olmaqla 9 nəfər həlak olub, 25 nəfər yaralanıb. Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0