Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Krıma raket hücumunun arxasında kimin dayandığını çox yaxşı bilirik - Kremlin nümayəndəsi

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
İyunun 23-də Moskva vaxtı ilə saat 12.15-də kasetli döyüş başlıqları ilə təchiz edilmiş beş Amerika ATACMS operativ-taktiki raketi ilə Sevastopol şəhərinə qəsdən terror raket hücumu həyata keçirilib.
BAKI, 24 iyun — Sputnik. Rusiya Krıma raket hücumunun arxasında kimin dayandığını çox yaxşı bilir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Burada media nümayəndələri kimi sizə müraciət edirik, Avropadakı həmkarlarımdan, mətbuat katiblərindən soruşun ki, onların hökuməti niyə rusiyalı uşaqları öldürür" - Peskov qeyd edib.
İyunun 23-də Moskva vaxtı ilə saat 12.15-də kasetli döyüş başlıqları ilə təchiz edilmiş beş Amerika ATACMS operativ-taktiki raketi ilə Sevastopol şəhərinə qəsdən terror raket hücumu həyata keçirilib. Raket hücumunu dəf edərkən Rusiyanın hava hücumundan müdafiəsi dörd raketin qarşısını alıb. Beşinci ABŞ raketinin parçalanmış döyüş başlığının havada partlaması Sevastopolda dinc sakinlər arasında çoxsaylı itkilərə səbəb olub.
Son məlumatlara görə, 151 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 82-si xəstəxanaya yerləşdirilib. İkisi uşaq olmaqla dörd nəfər ölüb.
İyunun 24-ü Sevastopol və Krım Respublikasında matəm günü elan edilib.
Xəbər lenti
0