Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dağıstan terrorçuları dəstəkləmir - Putinin köməkçisi

© Sputnik / Александр Казаков / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 24.06.2024
Abunə olmaq
Putinin köməkçisi qeyd edib ki, Dağıstanda gördüyümüz cinayətkar terror təzahürləri nə Rusiyanın özündə, nə də Dağıstanda cəmiyyət tərəfindən dəstəklənmir.
BAKI, 24 iyun — Sputnik. Rusiyanın 90-cı illərin vəziyyətinə qayıtmasını mümkün hesab etmirəm. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Dağıstanda baş verən hadisələr fonunda bildirib.
Jurnalistlər Kreml təmsilçisindən Dağıstandakı hücumlardan sonra Rusiyanın 2000-ci illərin əvvəllərində ölkədə mövcud olan vəziyyətə qayıda biləcəyi ilə bağlı narahatlıqların olub-olmadığını soruşublar.
"Xeyr, indi Rusiya fərqlidir, cəmiyyət tamamilə möhkəmlənib və dünən Dağıstanda gördüyümüz cinayətkar terror təzahürləri nə Rusiyanın özündə, nə də Dağıstanda cəmiyyət tərəfindən dəstəklənmir", - Peskov cavab verib.
Rusiya Milli Antiterror Komitəsindən RİA Novosti-yə verilən məlumata görə, iyunun 23-də Dərbənd və Mahaçqalada silahlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Terror aktları ilə bağlı cinayət işləri açılıb. Son məlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçə mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi hücumların qurbanı olub. Bölgədə 24, 25 və 26 iyun matəm günləri elan edilib.
Dağıstanda kilsələrə və sinaqoqa silahlı hücumlar edilib - Sputnik Azərbaycan, 1920, 25.06.2024
RUSİYA
Dağıstanda törədilən terror aktı nəticəsində ölən polislərin sayı 16-ya yüksəlib
Xəbər lenti
0