Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Hələ prezidentliyə başlamazdan əvvəl Ukrayna münaqişəsini həll edəcəyəm - Tramp

© AP Photo / Michael ConroyABŞ-ın keçmiş prezidenti Donald Tramp
ABŞ-ın keçmiş prezidenti Donald Tramp - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Abunə olmaq
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
BAKI, 23 iyun - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ilin noyabrında yenidən seçiləcəyi təqdirdə prezident vəzifəsinə başlamazdan əvvəl Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll edəcəyinə söz verib. Bu barədə RİA Novosti-nin xəbərində deyilir.
ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq
Amerikanın Filadelfiya ştatında seçki kampaniyası çərçivəsində çıxışı zamanı Tramp ABŞ prezidenti Co Baydeni üçüncü dünya müharibəsinin başlamasında, həmçinin Yaxın Şərq və Avropadakı problemlərdə ittiham edib.
Tramp seçkilərdə qalib gələn kimi Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll edəcəyinə söz verib.

“Hətta mən Dairəvi kabinetə girməzdən əvvəl, prezidentlik yarışında qalib gələndən dərhal sonra Rusiya və Ukrayna arasındakı bu dəhşətli münaqişəni həll edəcəyəm”, - deyə Tramp çıxışı zamanı bildirib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Seçki yarışında əsas rəqiblər hazırkı dövlət başçısı Demokrat Bayden, eləcə də keçmiş ABŞ lideri Respublikaçı Trampdır.
Artıq hər iki namizəd öz partiyalarından namizədliyini təmin etmək üçün ilkin səsvermə nəticəsində kifayət qədər nümayəndə səsi toplayıb və demək olar ki, bütün rəqibləri yarışdan çəkildiklərini bəyan ediblər.
Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, yenidən seçiləcəyi təqdirdə Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həllinə nail olmaq niyyətindədir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın sözlərini şərh edərkən qeyd edib ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0