Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu gün Rusiyanın gələcəyi əsasən Silahlı Qüvvələrdən asılıdır - Putin

© Sputnik / Гавриил ГригоровRusiya prezidenti Vladimir Putin, arxiv
Rusiya prezidenti Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Abunə olmaq
Rusiya lideri Kremldə ali hərbi təhsil müəssisələrinin məzunlarını təbrik edib.
BAKI, 23 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiyanın gələcəyinin bu gün daha çox Silahlı Qüvvələrdən asılı olduğunu deyib və planlaşdırılan hər şeyin yerinə yetiriləcəyinə əmin olduğunu bildirib. Jurnalist Pavel Zarubin bazar günü dövlət başçısının hərbi ali məktəblərin məzunları ilə ünsiyyətini əks etdirən kadrları özünün Telegram kanalında yerləşdirib.

“Ölkəmizin gələcəyini düşünərək bu gün Silahlı Qüvvələrdən çox şey asılıdır. Bir çox şeyi, bəlkə də əsas şeyləri indi siz və cəbhədəki yoldaşlarınız həll edir. Əminəm ki, planlaşdırdığımız hər şeyin yerinə yetiriləcəyinə şübhə etmirəm”, - deyə Putin bildirib.

Cümə günü Putin Kremldə ali hərbi təhsil müəssisələrinin məzunlarını təbrik edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0