Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF XİN: Rusiya ABŞ-da viza mərkəzinin bağlanmasına adekvat cavab verəcək

© Sputnik / Наталья СеливерстоваRusiya XİN-nin binası
Rusiya XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 22.06.2024
Abunə olmaq
ABŞ tərəfi qərarın səbəblərini açıqlamayıb.
BAKI, 22 iyun - Sputnik. Rusiya Federasiyasının ABŞ-dakı viza mərkəzinin bağlanacağı təqdirdə Moskva adekvat cavab tədbirləri görəcək.
Bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən xəbər verib.
“Belə tədbirlər həyata keçirilərsə, Rusiya tərəfi adekvat cavab verəcək” - agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl ABŞ hakimiyyətinin Vaşinqton və Nyu-Yorkdakı filialları olan viza mərkəzlərini bağlamaq qərarı barədə məlumat yayılıb.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun sözlərinə görə, ABŞ tərəfi qərarın səbəblərini açıqlamayıb. Səfir Rusiyanın ABŞ-dakı diplomatik missiyaları ətrafında vəziyyətin ardıcıl olaraq pisləşdiyini açıqlayıb.
Xəbər lenti
0