Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Rusiyanın Azərbaycandakı səfirini Aleksandr Nevski ordeni ilə təltif edib

© Sputnik / Murad Orujov Mixail Yevdokimov
 Mixail Yevdokimov - Sputnik Azərbaycan, 1920, 22.06.2024
Abunə olmaq
Yevdokimov 2023-cü il iyunun 14-də Azərbaycana səfir təyin edilib.
BAKI, 22 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkənin Azərbaycandakı səfir Mixail Yevdokimovu Aleksandr Nevski ordeni ilə təltif edib.
“Report” xəbər verir ki, dövlət başçısı müvafiq fərman imzalayıb.
Sənəddə qeyd olunur ki, Evdokimov Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsinə verdiyi böyük töhfə və uzun illər vicdanlı diplomatik xidmətinə görə təltif edilib.
Yevdokimov 2023-cü il iyunun 14-də Azərbaycana səfir təyin edilib. Bundan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci şöbəsinə rəhbərlik edib. II dərəcəli “Vətənə xidmətə görə” medalı, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif edilib. O, 2018-ci ilin iyunundan fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.
Xəbər lenti
0