Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya NATO ölkələri ilə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır - Putin

© AFP 2024 / JONATHAN NACKSTRANDNATO
NATO - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Rusiya prezidenti deyib ki, Rusiya öz silahlı qüvvələrini dünyada yaranmış çətin vəziyyətə əsaslanaraq inkişaf etdirəcək.
BAKI, 21 iyun — Sputnik. Rusiya prezidenti deyib ki, Rusiya öz silahlı qüvvələrini dünyada yaranmış çətin vəziyyətə əsaslanaraq inkişaf etdirəcəkusiya bütün tərəflərlə, o cümlədən Avropa İttifaqı ölkələri və NATO ilə Avrasiyada bərabər və bölünməz təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır. Lakin bu, onlar buna hazır olduqda mümkün olacaq. Bunu Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşündə bildirib.
"Biz həm Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, Aİİ, BRİKS-dəki həmkarlarımızla, həm də digər beynəlxalq birliklərlə – Avropa və NATO dövlətləri də daxil olmaqla, həyati vacib məsələlərin geniş beynəlxalq müzakirəsinə hazırıq. Təbii ki, onlar buna hazır olduqda" - Putin qeyd edib.
Rusiya prezidenti deyib ki, Rusiya öz silahlı qüvvələrini dünyada yaranmış çətin vəziyyətə əsaslanaraq inkişaf etdirəcək:
"Rusiya bu məsələdə xüsusi hərbi əməliyyat zamanı əldə edilmiş ən yaxşı müasir texnologiyalara və təcrübəyə əsaslanacaq. Çətin beynəlxalq vəziyyəti, yeni çağırışların və risklərin ortaya çıxmasını nəzərə alaraq, biz silahlı qüvvələri hərtərəfli təkmilləşdirməyə, müdafiə siyasətini qurmağa, qabaqcıl texnologiyalara və elmə, səmərəli iqtisadi və maliyyə həllərinə arxalanmağa davam edəcəyik".
Eyni zamanda, Putin əlavə edib ki, qərarlar hərbi sahədə müasir tendensiyalar nəzərə alınmaqla, xüsusi hərbi əməliyyat zamanı əldə edilmiş böyük döyüş təcrübəsi əsasında qəbul ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0