Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya dost dövlətlərlə hərbi təlimləri davam etdirəcək - Putin

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Bir neçə gün əvvəl Rusiya Federasiyası KXDR ilə birgə müdafiə sazişi imzalayıb.
BAKI, 21 iyun — Sputnik. Rusiya döyüş koordinasiyasını inkişaf etdirəcək, həmçinin dost dövlətlərlə təlimlər keçirəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Kremldə ali hərbi məktəblərin məzunları ilə görüşündə deyib.
"Biz qoşunların və silahların idarə edilməsi sistemini daha da təkmilləşdirmək, döyüş hazırlığının intensivliyini və keyfiyyətini artırmaq, dost dövlətlərin iştirakı ilə təlimlər keçirmək niyyətindəyik", dövlət başçısı qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Federasiyası KXDR ilə birgə müdafiə sazişi imzalayıb. Bundan əlavə, Moskva KTMT ölkələri və Pekinlə birgə təlimlər keçirir.
Daha əvvəl Rusiyanın Karib hövzəsində ABŞ sərhədləri yaxınlığında hərbi təlimlər keçirə biləəcəyi ilə bağlı məlumat yayılmışdı. Bildirilib ki, Rusiya yaxın həftələrdə Karib dənizində dəniz və hava təlimlərinə başlayacaq. ABŞ səlahiyyətliləri bu təlimlərin Ukrayna və NATO təlimlərinə verilən dəstəyə cavab ola biləcəyini düşünür.
Xəbər lenti
0