Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvanın digər dövlətlərlə tərəfdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib - Peskov

© Sputnik / Александр Казаков / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi deyib ki, ölkəsi ABŞ-la strateji sabitlik məsələlərində dialoq aparmağa hazırdır.
BAKI, 21 iyun — Sputnik. Qərb dövlətləri Moskvanı sıxışdırmağa çalışdıqları üçün Rusiyanın xarici siyasət fəaliyyətinə düşmən münasibət bəsləyirlər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov deyib ki, Qərb ölkələrinin Rusiya prezidenti Vladimir Putinin KXDR və Vyetnama səfərinə reaksiyası təəccüblüdür, çünki Moskvanın digər dövlətlərlə tərəfdaşlığı heç vaxt üçüncü ölkələrə qarşı yönəlməyib.
O əlavə edib ki, Moskvanın tərəfdaşları ilə qarşılıqlı əlaqəsi yalnız qarşılıqlı fəaliyyətdə iştirak edən ölkələrin xalqlarının rifahının artırılmasına yönəlib.
Rusiya prezidentinin mətbuat katibi deyib ki, ölkəsi ABŞ-la strateji sabitlik məsələlərində dialoq aparmağa hazırdır, lakin bu, yalnız Ukrayna ətrafındakı vəziyyətin və digər problemlərin müzakirəsi ilə birlikdə mümkündür.
Vaşinqton rəsmiləri Ukrayna münaqişəsindən başqa nüvə riskləri ilə bağlı Moskva ilə danışıqlara açıq olduğunu bildiriblər.
Xəbər lenti
0